Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazilər Nərimanov Rayon İcra Hakimiyyəti basçışının villasını axtarırlar

Azərbaycan Qazilər Birliyinin sədri Rey Kərimoğlu sosial şəbəkələrdə vətəndaşlara müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başcısı Abdin Fərzəliyevin ev ünvanını soruşur.

O iddia edir ki, bu müraciətinə səbəb İcra Hakimiyyəti başçısının qaziləri rəsmi iş yerində qəbul etməməsidir.

“Nərimanov rayonunun İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin evinin – villasının, obyektlərinin yerini yazın, zəhmət olmasa! Qazilərimiz onun evinə gedəcək, çünkü illərdir rəsmi qəbulu yoxdur bu adamın! Gedib soruşacağıq ki, Qazilər Birliyinin sədri, İdarə Heyəti səni harada tapsın?! Qazilər dərd-sərini kimə desinlər?!”, – Rey Kərimoğlu Facebook profilində yazıb.

Rey Kərimoğlunin yazdığına görə, Fərzəliyev Nərmanov rayonuna icra başçısı təyin olundugu 2005-ci ildən indiyədək qaziləri, veteranları bir dəfə də qəbul etməyib.

“Qazilərin mənzil, iş, müalicə, dərman təminatı problemləri var, amma Bakının ən iri rayonlarından olan Nərimanov rayonunun icra başcısı şikayətciləri görməkdən boyun qacırır, yazılı müraciətlərin isə xeyri olmur”,- o qeyd edib.

Nərimanov Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar