Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Populistlər üçün COVİD zəngi çalınır

PİA.az Novator.az saytının Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşrində dərc olunmuş “Şərqi Avropanın populistləri üçün COVİD zəngi çalınır” başlıqlı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Məqalənin müəllifi siyasi risklər üzrə məsləhətçi, analitik Filip Rambusekdir.

Mərkəzi və Şərqi Avropa ölkələrindəki populizm, korrupsiya və onların Brüssellə münaqişələri bu ölkələri Avropaya baş qaxıncı eləyib.

Polşada, Macarıstanda, Çexiyada və son vaxtlara qədər Slovakiyada hökumətlərin yürütdüyü yanlış siyasətə baxmayaraq, populistlər hələ də hakimiyyəti dəstəkləməkdə davam edirlər.

Bu ölkələrdə elektorat hökumətin yanlış siyasətinə son qoyulmasını, ümumi daxili məhsulun artırılmasını və işsizliyin səviyyəsinin minimuma endirilməsini tələb edir. Belə bir tələb sonda ənənəvi siyasi partiyaları partlamentin müxalif kəsiminə tabe olmağa vadar edəcək.

Hazırkı pandemiya siyasət meydanını populistlərdən təmizləməkdədir. Yaxın aylarda və 2022-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində populist partiyaların reytinqi xeyli aşağı düşməkdədir.

İndi ənənəvi siyasi partiyalar vəziyyətdən uğurla çıxa bilmək üçün özlərini populizmin əleyhinə olan qüvvə kimi göstərməlidirlər.

Pandemiya hamını, xüsusilə də populistləri təbdən salıb

Koronavirus infeksiyasının təsiri hər yerdə olduğu kimi Mərkəzi və Şərqi Avropa ölkələrinin siyasətində də özünü göstərir. Pandemiya bu ölkələrin populist idarəçiliyinin zəif tərəflərini aşkara çıxarır.

Belə tendensiya ən çox Çexiyada duyulur.

Çexiya pandemiyanın birinci dalğasının öhdəsindən yaxşı gələ bilib. Ancaq sonradan görülən tədbirlərin zəif olması növbəti dalğada onu Avropada xəstə sayına görə Monteneqrodan sonra ikinci yerə qoyub.

İkinci dalğa zamanı yüksək yoluxma sayı Çexiyanın baş naziri Andrey Babişin də reytinqi aşağı salıb.

Pandemiya dövründə tək populustlər yox, qeyri-populist hökumətlər də yanlışlığa yol veriblər. Ancaq böhran dövründə səriştəsiz qərarlar populistlərə ənənəvi siyasətçilərdən çox ziyan vurur.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın böhran zamanı buraxdığı səhvlər onun ikinci dəfə prezident seçilməsinə imkan vermədi. Pandemiya populist hökumətlərin əlində ən güclü vasitə olan iqtisadi göstəriciləri də korladı.

İndi Avropa ölkələri ciddi böhranla üz-üzə qalanda populistlər öyünmək üçün Qərbdəki qonşularının ləng inkişafını misal göstərə bilməyəcəklər.

Əslində pandemiya Avropa Birliyinin iqtisadi dəyərini nümayiş etdirir. Hətta Polşa və Macarıstanın hökumətləri də öz ölkələrində Avropa dəyərlərini qorumaq və təcili maliyyə yardımı almaq üçün Brüsselə güzəştə getmək məcburiyyətində qalıblar.

Avropa Birliyinin ölkələrin daxili siyasətinə müdaxilə etməsindən narahat olanlar üçün bu durum heç də ürəkaçan deyil.

2010-cu ilin ortalarında populizmin uzunmüddətli təsirlərindən biri ənənəvi siyasi partiyaları tənəzzülə uğratması oldu. Mərkəzi və Şərqi Avropanın ənənəvi siyasətçiləri başa düşdülər ki, populist hərəkatın seçki fəaliyyətinə quyu qazmaq o qədər də asan deyil.

Buna baxmayaraq ənənəvi partiyalar ağıllı tərpəndilər. Onlar Mərkəzi və Şərqi Avropa boyu qruplaşaraq anti-populist hərəkat formalaşdırdılar, özlərini təşəbbüsə qarşı çıxan sadə insanlar kimi göstərərək populistlərin taktikasından istifadə etdilər.

Bu strategiya artıq Slovakiyada bəhrəsini verib. 2020-ci ildə bu ölkədə hakimiyyətə Sadə İnsanlar Partiyasının nümayəndələri gəlib.

Polşada da 2019-cu ildə keçirilən seçkidə Avropa Birliyinin tərəfdarı olan partiyaların koalisiya formalaşdırması populist Qanun və Ədalət Partiyasını Senatda zəiflətdi.

Seçicilərlə görüşlər gözlənir

Çexiyada və Macarıstanda anti-populist seçki koalisiyaları hakim partiyaları üstələyir. Ona görə də bu il Çexiyada, gələn il Macarıstanda keçiriləcək seçkilər yeni yaradılan anti-populist qrupları üçün bir fürsət ola bilər.

Ancaq anti-populistlərin bünövrəsi qüsurludur. Koalisiyalar ümumi siyasi prioritetlər üzərində qurulmalıdır. Əgər anti-populistlərin ittifaqı sağ və sol partiyalardan ibarət olsa, onları bir yerdə saxlamaq çətin olacaq. Məsələn, Macarıstanda anti-populist qüvvələri baş nazir Viktor Orbana qarşı müxalif mövqedən savayı heç nə birləşdirmir. Əgər 2022-ci ildə Viktor Orban uduzsa, ona qarşı yaradılmış koalisiya İkinci Dünya müharibəsində ABŞ-ın Sovet İttifaqı ilə birgə qurduğu antifaşist alyansı kimi müvəqqəti və problemli olacaq.

Beləliklə, populizm dalğasının zəifləyəcəyi və anti-populist hərəkatın qalib gələcəyi gözlənir.

Ancaq qurulası yeni hökumətlərin kövrək təməli onların uzun müddət hakimiyyətdə qala bilməyəcəyindən və yeni siyasi sistemin formalaşmasına ehtiyac duyulacağından da xəbər verir.

İndiki proses Şimali və Mərkəzi Avropa üçün sadəcə başlanğıcın sonudur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar