Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zeynal Nağdəliyevin milyonları Rusiya və Avropaya necə daşınır?

Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin ailə biznesi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

"Unikal" qəzetinin əldə etdiyi məlumata görə, bu biznesin başında onun övladları – Nemət və Hikmət Nağdəliyevlər dayanır. Rusiyada təhsil alan qardaşlardan Nemət Nağdəliyev daha əvvəl Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində attaşe vəzifəsinə təyin olunub. Hazırda isə o, Polşada fəaliyyət göstərir. Belə ki, 2017-ci ilin oktyabr ayında N.Nağdəliyev həmin səfirlikdə yerləşməklə Mərkəzi və Şərqi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib.

Z.Nağdəliyevin kiçik oğlu Hikmət Nağdəliyev isə sırf biznes fəaliyyətilə məşğuldur. Baxmayaraq ki, rəsmi sənədlərdə Bakı Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekan müavini və hüquq fakültəsinin müəllimi kimi görünür. Atasının səlahiyyətlərindən geniş şəkildə yararlanan H.Nağdəliyevin nəzarətindəki şirkətlər xüsusilə dövlət satınalmalarından böyük pullar əldə edir. Məlumdur ki, Z.Nağdəliyev rayon (şəhər) icra hakimiyyətlərini və yerli özünüidarəetmə orqanlarını kurasiya edir; bu səbəbdən də onun həmin qurumlar üzərində ciddi təsiri var. Elə ona görə də ələxüsus yerli icra hakimiyyətləri öz tenderlərinin mühüm hissəsini məhz ata Nağdəliyevin oğlunun şirkətlərinə verirlər. Bununla belə, H.Nağdəliyevin əldə olunan qazancı birgə çalışdığı sahibkarlarla bölüşməkdən boyun qaçırdığı, bu səbəbdən də tərəflər arasında mübahisələrin yarandığı və işin hətta məhkəməyə qədər uzandığı məlumdur.

İddialara görə, müvafiq qanunvericiliyin tələblərinə zidd keçirilən tenderlərdən əldə olunan vəsaitlər – çirkli pullar daha sonra böyük oğul vasitəsilə əsasən Şərqi Avropa ölkələrinə, eləcə də Rusiyaya daşınır. N.Nağdəliyevin hazırda tutduğu vəzifə bu işi xeyli asanlaşdırır. Məhz həmin vəsaitlər hesabına Z.Nağdəliyevin sözügedən regionda böyük tikinti biznesi formalaşıb. Belə ki, onun Macarıstan başda olmaqla Şərqi Avropanın bir çox yerində yaşayış binaları və ofislərin inşaatını həyata keçirən şirkətləri var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar