Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Əfqanıstandan çıxması Rusiyanı narahat edir..

ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılması qonşularına necə təsir edəcək?..

Vitali Naumkin
“Şarkul Avsat” qəzeti, 21 aprel 2021-ci il

Prezident Baydenin 14 aprel tarixində bütün ABŞ qüvvələrinin 11 sentyabr 2021-ci il tarixinədək Əfqanıstandan çıxarılacağını açıqlaması və ABŞ-ın müttəfiqlərinin NATO qüvvələrini çıxarmaq qərarı yalnız amerikalı və avropalı analitiklər tərəfindən deyil, eyni zamanda, rus analitikləri tərəfindən də mübahisələrə səbəb olub. Rus mütəxəssislərin fikrincə, əgər doğrudan da belə bir şey baş versə, (unutmayaq ki, Bayden qoşunların çıxarılması üçün son tarixi elan edən üçüncü ABŞ prezidenti oldu) o zaman bu hadisə geniş Avrasiya bölgəsi, Yaxın Şərq və Cənubi Asiyadakı status-kvoya ciddi təsir göstərəcək.

Bir tərəfdən, amerikalıların Əfqanıstandakı 10 illik hərbi əməliyyatlarının uğursuzluğunu faktiki şəkildə etiraf etməsi və ümumiyyətlə, Rusiya və müttəfiqlərinin sərhədlərinə təhlükəli şəkildə yaxın olan bir bölgədən ABŞNATO qüvvələrinin geri çəkilməsi mütləq şəkildə Moskva üçün faydalı olacaq.

Digər tərəfdən, əvvəla, ABŞ Əfqanıstandan çıxdıqdan sonra sərbəst qalan ehtiyatlardan istifadə edərək Çin və Rusiyanı mühasirəyə almaq üçün daha çox güc səfərbər edə biləcək. İkincisi isə Vaşinqtonun geri çəkilməsi Əfqanıstanda terror fəaliyyətinin və hətta anarxiyanın sürətlə artmasına səbəb ola bilər ki, bu da Moskva və ümumiyyətlə, Yaxın Şərq üçün birbaşa təhlükə yarada bilər.

Bəzi rusiyalı mütəxəssislər Kabildəki mövcud hökumətin devrilməsi və Taliban-ın yenidən hakimiyyətə gəlməsi ehtimalı olduğuna inanırlar. İstənilən halda, Əl-Qaidə və İŞİD-in bu ölkədəki mövqelərini gücləndirməsi ehtimalına qarşı hazır olmağın vacibliyi barədə xəbərdarlıq edirlər. Əfqanıstanda bu iki təşkilatın yenidən güclənməsi onlara qarşı mübarizə aparılmasını çətinləşdirəcək. Yeni Amerika Təhlükəsizlik Mərkəzindən (CNAS) Lisa Körtisin də dediyi kimi, bu geri çəkilmə vətəndaş cəmiyyətinin nailiyyətlərini etibarsız hala gətirə bilər. Üstəlik, mövcud vəziyyəti nəzərə alsaq, Taliban-ın siyasi barışıq axtarması və ya zorakılıq səviyyəsini azaltması ehtimalı azdır.

Eyni zamanda, Taliban aprelin sonlarında ABŞ qüvvələrinin geri çəkiləcəyinin elan edilməsi ilə eyni vaxta planlaşdırılan sülh danışıqlarındakı iştirakını ləğv etdiyi barədə bir açıqlama da verib. Həmin mərkəzdən olan Vens Serçaka gəlincə isə onun sözlərinə görə, ABŞ-ın sentyabr ayına qədər qeyd-şərtsiz geri çəkilməsi Əfqanıstandakı müharibəni və ya terrorla mübarizəni böyük ölçüdə dayandırmayacaq.

Moskva Əfqanıstandakı danışıqlar üçün bir platforma yaratmaq da daxil olmaqla, Əfqanıstandakı vəziyyətin həlli üçün bir çox beynəlxalq sülhməramlı işlərdə fəal iştirak etməyə davam edəcək.

Rusiya Taliban hərəkatını radikal bir təşkilat kimi təsnif etsə də, son zamanlarda Taliban nümayəndə heyətləri Moskvaya dəfələrlə səfər ediblər. Eyni zamanda, Moskva Əfqanıstandakı mümkün dəyişikliklərin Mərkəzi Asiya və ərəb dünyası üçün mənfi nəticələrinə görə getdikcə daha çox narahat olur. Daha radikal və döyüşə hazır olan Taliban qoşunlarının Özbəkistan İslam Hərəkatının döyüşçüləri və Yaxın Şərq, Afrika və hətta Cənub-Şərqi Asiyada İŞİD tərəfindən səfərbər edilən xarici muzdlu əsgərlərlə birləşməsi mümkün bir ssenari kimi qiymətləndirilir. İŞİD-in Əfqanıstanın qanadına gəldikdə də İŞİD-in Xorasan qolunun lehinə ölkə sərhədləri xaricində və Mərkəzi Asiyada mübarizə aparan və hücumları həyata keçirə biləcək ehtiyat qüvvələr yaratmaq mümkündür.

Pakistan mənbələrindən alınan məlumata görə (bəlkə də çinlilər tərəfindən çatdırılır), bu qrupun yaxın zamanda Çin sərhədindəki Bedahşan bölgəsinə köçəcəyi təxmin edilir.

Uyğurların və radikal Taliban ünsürlərinin iştirakı ilə yanaşı, artıq burada Rusiyanın Şimali Qafqaz respublikaları, Mərkəzi Asiya, bəzi ərəb ölkələri və Pakistandan olan silahlılarla birləşmələr qurulduğu məlumdur. Bəzi rusiyalı mütəxəssislər bunun Pekinə təzyiq göstərməkdə və ya ümumiyyətlə, radikal əfqanların diqqətini ölkənin şərq sərhədlərinə yönəltməkdə maraqlı olan Çin əleyhinə qüvvələrin maraqlarına xidmət etdiyini düşünürlər. Pakistan isə əfqan Taliban hərəkatı içərisindəki təsir gücünü qorumağa çalışarkən, eyni zamanda, Çin əleyhinə siyasətin bir parçası olmaq istəmir.

Bu məsələlərin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 5-7 aprel tarixlərində Hindistana və Pakistana səfəri zamanı müzakirə olunduğunu güman etmək olar. Əlbəttə ki, İslamabad Yeni Delhi ilə münasibətləri normallaşdırmağa hazır olduğunu göstərib. Lakin mütəxəssislərin qeyd etdiyi kimi, onun əsas vəzifələrindən biri Hindistanın Əfqanıstandakı təsirini azaltmaqdır. İslamabad Hindistan təmsilçilərinin 18 martda Moskvada Əfqanıstanla bağlı genişləndirilmiş üçtərəfli danışıqlardan kənarlaşdırılmasını Pekinin köməyi və Rusiyanın dəstəyi ilə diplomatik nailiyyət kimi qiymətləndirib. Bu görüşlərdə həm də İslamabad ilə Moskva arasında rus silahlarının alınması üçün yeni müqavilələr də imzalanıb. Bütün bunlar müəyyən həddə qədər Moskvanın Çin-Hindistan-Pakistan üçbucağındakı tərəflərlə münasibətlərin yaratdığı balansın çətinliyini ortaya qoyur. Çünki Hindistan və Pakistanın sonuncu dəfə Şanxay Ortaqlıq Təşkilatına qəbul edilməsinə baxmayaraq, aralarında hələ də kəskin bir gərginliyə çevrilən ixtilaflar var. Lavrovun səfərinin məqsədi də, təbii olaraq, bu gərginliyi azaltmaq məqsədi daşıyır.

İstər Hindistanın, istərsə də Pakistanın bölgədəki bütün media qurumlarından olan müşahidəçiləri səfərin nəticələrinə çox müsbət yanaşıblar. Bununla birlikdə, bəzi hindistanlı analitiklərin sözlərinə görə, Xarici İşlər Nazirinin Pakistana səfəri ilə Moskva Yeni Delhi və Vaşinqton arasındakı əlaqələrin aktiv inkişafına görə Hindistan rəhbərliyini narahat etməyi hədəfləyir. Sözsüz ki, belə bir hədəf bir çox Asiya ölkəsi ilə çoxşaxəli əməkdaşlıq əlaqələri qurmağa çalışan Moskvanın niyyətlərinin bir hissəsi deyil. Üstəlik, Rusiyanın Pakistanla münasibətləri, Hindistanla olan münasibətləri ilə heç bir formada müqayisə edilə bilməz. Moskva xarici tərəfdaşları ilə heç bir şəkildə “kiməsə qarşı” münasibət qurmur və bloklar və ittifaqlar strategiyası modellərini izləmək əvəzinə, qarşılıqlı fayda prinsipi ilə hərəkət etməyə çalışır. Hindistan “QUAD” (Dördlü Təhlükəsizlik Dialoqu) üzvü olsa da, səfər zamanı və səfərdən sonra hindistanlı analitiklər ölkələrinin Rusiya ilə elit strateji tərəfdaşlığa və hər iki ölkənin ortaqlıq baxımından hərtərəfli və heç kimə yönəlməməsi prinsipini vurğuladılar.

Bəzi rus analitiklərin fikrincə isə ABŞNATO qüvvələrinin Əfqanıstandan çıxarılması bir tərəfdən İslamabad üçün yeni imkanlar, digər tərəfdən də yeni təhdidlər yaradır. Fürsətlərə gəldikdə, Pakistanın bu ölkədəki təsirini əhəmiyyətli dərəcədə artıra biləcəyi və Əfqanıstandan strateji dərinlik kimi istifadə edərək köhnə strategiyasını həyata keçirmək üçün bir addım ata biləcəyi aydın görünür. Pekinlə olan sıx qarşılıqlı əlaqələri və “Bir Kəmər Bir Yol” təşəbbüsü çərçivəsində Çin-Pakistan iqtisadi dəhlizi layihəsinin həyata keçirilməsində əməkdaşlıq etmələri də İslamabadın Əfqanıstanın daxili danışıqlarında rolunu möhkəmləndirməsinə kömək edə bilər. Əfqanıstandakı vəziyyət sabitləşərsə, Pakistan və Çin bu təşəbbüsü dəstəkləmək üçün Əfqanıstanın ərazilərindən istifadə edə bilər. Əfqanıstandakı münaqişədən sonra gələn hökumətdə Taliban-ın daha güclü olacağı ehtimalını nəzərə alsaq, pakistanlıların onlarla danışıqlar aparması başqalarına nisbətən daha asan olacaq və bu da Pakistanın daha ciddi bir regional aktyora çevrilməsi mənasına gəlir. Bu səbəbdən də, Pakistan həm Əfqanıstan İslam Respublikası hökumətinə, həm də Taliban üzərində əfqanlar arasında danışıqlara başlamaq və inkişaf etdirmək məqsədilə səylərini artırmaq üçün müvafiq təsir və təzyiq göstərməyə çalışır.

Təhdidlərə gəlincə isə rusiyalı mütəxəssislər üçün onları müəyyənləşdirmək çətin deyil: qaçqın sayında və fəaliyyətlərdəki artımla birlikdə, terror təşkilatlarına yeni bir əsgər axını və narkotik ticarəti həcmindəki artım. Həmçinin, Pakistan ordusu və təhlükəsizlik qüvvələrinin Əfqanıstanda yerləşən, lakin Pakistan ərazilərinə mütəmadi basqın edən Bəlucistan Azadlıq Ordusu separatçıları, Canqvi Ordusu və Pakistan Taliban terrorçuları ilə münasibətdə daha çox çətinlik çəkəcəyi proqnozlaşdırılır. Bəs bu durum geri qayıdan yaraqlıları həvəsləndirsə və onlar separatçılara qoşulmağa başlasalar necə olacaq?

Moskvaya gəlincə də sürprizlərlə dolu bu mərhələdə Asiya siyasətindəki çoxşaxəli elementlərinin, sürprizlərin daha çox özünü göstərməsi ehtimalı var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar