Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsindən yeni cərimələr gəlib

Aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə yeni qərarlar açıqlayıb. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev bildirir ki, Azərbaycan dövlətinin jurnalist Əvəz Zeynallıya 13 min avro təzminat ödəməsinə qərar verilib. Rüşvət tələbi ittihamı əsasında tutulub məhkum olunmasından narazı qalan jurnalist şikayətində iddia etmişdi ki, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarına müdaxilə olunub.

Başqa bir qərarda hazırda həbsdə olan jurnalist Elçin Həsənova 7500 avro təzminat ödənməsi rəsmiləşib. Dinc aksiya zamanı çəkiliş apararkən polis əməkdaşlarının onu tutub döyməsindən şikayət verən ərizəçi ifadə azadlığı, işgəncəyə məruz qalmamaq hüquqlarına müdaxilə baş verdiyini iddia etmişdi.

İctimai fəal Bəxtiyar Hacıyevin şikayəti üzrə qərarla Azərbaycan dövləti 12850 avro cərimələnib. Gəncə şəhərində polisin onu tutmasından, saxlanmasının qanunsuzluğunun araşdırılmamasından şikayətçi olan Bəxtiyar Hacıyev ifadə azadlığı, işgəncəyə məruz qalmama hüquqlarının pozuntusu məsələsini qaldırmışdı.

Avropa İnsan Hüquqları Məhkəməsi 1949-cu ildə yaradılan, 47 ölkəni birləşdirən Avropa Şurasının əsas qurumlarından biridir. Hakimləri üzv ölkələrdən seçilən məhkəmə Avropa İnsan Hüquqları Konvensiyana riayət olunmasını həyata keçirir.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar