Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oruc tutarkən daha az susamaq üçün nə etmək lazımdır? - Tövsiyələr

Ramazan ayı hər il bərəkət ilə süfrələrimizin qonağı olur. Milyonlarla insan oruc tutmağa vərdiş etsə də, əksəriyyətinin tez-tez susuzlaması problem olur. Oruc tutarkən susuz qalmamaq və ramazan ayında daha az susamaq üçün nə etmək lazımdır?

Ramazan ayında istehlak edilən qidalar oruc tumağı daha da asanlaşdırır.


İftardan dərhal sonra çay və qəhvə istehlak etməyin

Ramazan ayında iftar etdikdən dərhal sonra çay və ya qəhvə istehlak etməməyə diqqət yetirin. Yeməkdən 1 saat sonra çay və qəhvə içməyə çalışın. Kofeinlə zəngin bu kimi içkilər bədənin su balansını pozduğu üçün ehtiyatla istehlak edilməlidir.

Qarpız, yemiş və şaftalı kompotu istehlak edin

Təbii ki, içməli suyun yerini heç nə vermir, amma imsak və iftarda su içməklə yanaşı bol miqdarda qarpız, yemiş və şaftalı kompotu istehlak etmək faydalıdır. Tərkibində bol miqdarda su olan bu meyvələr, suyu dərhal sərbəst buraxmadığından, daha uzun müddət susuzluğun qarşısını ala bilir. Bundan başqa minerallı sualar da susuzluğun qarşısını alır.


Pomidor və xiyar

Ən yaxşı su mənbəyi meyvə və tərəvəzlərdir. Maqnezium, kalium və liflə zəngin olan pomidor və xiyar kimi tərəvəzlərin əksəriyyətinin tərkibi 95 faiz sudan ibarətdir. Belə tərəvəzlər, qarpız və yemiş kimi susuzluğu yatırmaqda da çox təsirlidir.

Xurma

Ramazan ayında süfrələrdən əskik olmamalı, dediyimiz qidalardan biri də xurmadır. Bu meyvə vitamin və minerallarla zəngin olduğundan susuzluğu aradan qaldırmaqda köməkçi olur.

Ayran, kefir və qatıq

Bədənimizin itirdiyi su və duzu bərpa etmək üçün iftarda və ya iftardan sonra duzlu ayran içmək faydalı ola bilər. Ayranı imsakda içmək istəsəniz, onun duzsuz olmasına diqqət yetirin. Bundan başqa kefir də bədnin su tarazlığını qoruya bilir.

Yağlı və souslu qidalar yeməyin

Qızardılmış və ya yağlı qida qrupları yerinə daha asan həzm olunan pendir, çörək və ya yulaf kimi qidaları istehlak etmək susuzluğun qarşısını alır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar