Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atçılıq Mərkəzinin sakinləri niyə acından ölür? - Foto

Sosial şəbəkələrdə Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzində atların yem çatışmazlığı səbəbindən aclıq çəkdiyini əks etdirən məlumat və görüntülər yayılıb.

Qafqazinfo” xəbər verir ki, məlumatlarda Mədəniyyət Nazirliyinin balansında olan mərkəzdə saxlanan cins atlara lazımi qədər vəsait ayrılaması səbəbindən yem tədarükünün kifayət etmədiyi iddia olunur. Şəki sakini Taleh Mustafayevin yazdığına görə, əgər heyvanlar yemlə təmin olunmasalar, tezliklə mərkəzdə bəslənən cins atların nəsli kəsilə bilər:

“Son dövrdə Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişiləndən sonra mərkəzdəki cins atların vəziyyəti çox pisdir. Yem tədarükü vəsaitin az olması səbəbindən tam şəkildə görülmür. Bu da ona gətirib çıxarıb ki, hazırda atlar aclıqdan tələf olur. Nazirlik rəsmilərinin laqeydliyi ucbatından cins atlar itib-batır. Qısa bir zamanda tədbirlər görülməsə, mərkəzdə olan atlar tamamilə məhv olacaqlar”.

Problemlə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, müəssisə təsərrüfat hesablı olduğundan cari il üçün nazirlik tərəfindən ora vəsait ayrılmayıb:

“Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi (Şəki şəhəri) təsərrüfat hesablı müəssisədir və 2021-ci il üçün mərkəzin saxlanmasına dair maliyyə vəsaitinin ayrılması Mədəniyyət Nazirliyinin büdcəsində nəzərdə tutulmayıb. Eyni zamanda qeyd edək ki, bununla əlaqədar nazirlikdə müzakirələr aparılır və məsələnin müvafiq həll yolları axtarılır”.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar