Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil naziri: "Qarşıda həllini gözləyən vacib bir sıra məsələlər var”

“Kifayət qədər uğurlu nailiyyətlərimiz olsa da, qarşımızda həllini gözləyən vacib bir sıra məsələlər də var”.

Bunu Təhsil İdarəçiliyi beynəlxalq konfransında çıxış edən təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, uzun illər bundan əvvəl demək olar ki, 98-99 faiz uşaq üçün ümumtəhsil əlçatan olub: “Azərbaycanda ümumilikdə yaşı 6 olan uşaqların təxminən 92 faizi, müxtəlif illərə görə 90 faizindən çoxu məktəbə gedir. Digər uşaqlar arasında bir qədər təhsilə gec qoşulanları da var. Təhsilin inklüzivliyi, xüsusi təhsil imkanları, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması ilə bağlı problemlərimiz qalır”.

Nazir qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupu üzrə olan uşaqların, yəni 5 yaşından 6 yaşa qədər olan uşaqların məktəblərdə təşkil edilmiş məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəticəsində böyük dəyişiklik baş verir: “Son illərdə bu rəqəm 26 faizdən təxminən 85 faizə qədər qalxıb. Uşaqların hamısı heç olmasa 1 il hazırlığa cəlb olunurlar. Bu islahatın nəticəsini yəqin ki, bir neçə ildən sonra görəcəyik. Çünki məhz bir il məktəbəhazırlıqda iştirak ümumilikdə həm əmək bazarının, həm də ayrı-ayrı vətəndaşların vəziyyətinə müsbət təsir edəcək. Amma digər yaş qruplarında, xüsusilə 1-3 yaş qrupunda əhatəliliyimiz 10 faizdən aşağıdır, 3-5 yaş qruplarında isə şəhər yerlərində bu təxminən 30%, kənd yerlərində isə 20 faizdən azdır. Bu mənada həm bərabər imkanlar, həm əlçatanlıq, həm də keyfiyyət baxımından məktəbəqədər təhsilin və erkən inkişaf layihələrinin olduqca vacib təsirləri var. Ailə əsaslı, icma əsaslı, məktəbəqədər qrupların inkişaf etdirilməsini prioritet hesab etməliyik. Son illərdə Təhsil Nazirliyi tərəfindən başqa bir layihə də icra edilir. Bu gün təxminən 10 minə qədər 3-5 yaşlı uşaq müxtəlif icma əsaslı məktəbəqədər təhsilə cəlb edilib. Düşünürəm ki, bu layihənin də Azərbaycan təhsilinə təsirləri böyük olacaq”.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar