Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşdə “tumarlanan“ katibələr - Ekspert nələr dedi?

"Vəzfəli şəxslər tərəfindən təkcə katibələrə deyil, orada çalışan qadınların əksəriyyətinə qarşı seksual qısnamalar var. Amma çox təəssüf ki, iş yerlərində olan seksual qısnamalarla bağlı heç bir müraciət yoxdur. Buna səbəb qadınların iş yerini itirmək qorxusudur".

PİA.az xəbər verirki, bunu lent.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.

Ötən gün sosial şəbəkələrdə yayılan Milli Məclisin keçmiş deputatı, YAP-ın Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun videosu geniş müzakirələrə səbəb oldu. Çoxları katibə işləyən qadınların əksəriyyətinin məhz belə halla üzləşdiyini də vurğuladı. Görəsən, buna səbəb nədir? Ümumiyyətlə, katibə anlayışı niyə birmənalı qarşılanmır?

Mehriban Zeynalovanın sözlərinə görə, katibə seçilən qadın az qala müdirin bütün ehtiyaclarını ödəyən fiqura çevrilir:

"Sovet vaxtı ailələrin çoxu öz uşaqlarını katibə işləməyə qoymurdu. Bəzi ailələrdə, ümumiyyətlə, qızlarının katibə işləməsi onlar üçün aşağılanmaq demək idi. Çünki sovet dönəmində belə bir fikir formalaşmışdı ki, katibələr bütün məlumatları bilirlər, müdirin bütün ehtiyaclarını ödəyən fiqura çevrilirlər. Adətən, katibə seçilən qızın bilik və bacarığına deyil, onun seksual görünüşünə diqqət edirdilər. İndi əslində o məsələlər aradan qalxıb. Amma hələ də bəzi iş yerlərində katibə seçərkən belə sui-istifadələr olur".

Mehriban Zeynalova deyir ki, bəzi qadınlar onlara qarşı belə münasibətin olmasına razılaşırlar. Buna səbəb isə...

"Ən dəhşətlisi də budur. Çünki oradakı imtiyazlardan bəhrələnəcəklər. Bura onun yaxşı yaşaması üçün yaradılan şərait, müəyyən resursların əlçatan olması və maddi imkanlarının genişlənməsi aiddir. Əgər qadınlar belə problemlərə görə vaxtında müraciət etsələr və buna görə cəzalanmanın tətbiqi güclənsə, belə hallarla rastlaşılmaz. Çox yaxşı olardı ki, qadınlar məhz işə, madiyyata görə susmasınlar".

Birlik rəhbəri onu da bildirib ki, qız uşaqlarının doğulmasının qarşısını almaq, yaxud erkən nikah məsələlərinin kökündə də bu məsələ durur:

"İnsanlar düşünür ki, vaxtında "problemi həll edim ki, sonradan stress yaşamayım". Bundan başqa, kişilər də qadınlarının, adətən müəllim və ya qadınların çalışdığı yerlərdə işləməsini istəyirlər. Buna görə də biz hamımız bu problemin həll olunması üçün çalışmalıyıq. İş yerlərində baş verən seksual qısnamalara görə heç bir qadın susmamalıdır. İş yerində belə hadisələrin şahidi olan insanlar da səssiz qalmamalıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar