Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ diqqətini Zəngəzura cəmləyir... - Bu, regionda yeni gərginliyə yol aça bilər?

Paşinyanla eyni ərəfədə ABŞ səfiri Linn Treysin də Zəngəzura səfər etməsində hansı məqsədlər var?...

Politoloq: “Prezident vurğunu onun üzərinə qoydu ki, Ermənistan ölkəmizə vurduğu on milyardlarla dollarlıq ziyanı kompensasiya etməyəcəksə, ən azından bu ziyanın əvəzinə Azərbaycana ərazi güzəşti etməlidir”.

“Əslində Paşinya Zəngəzura səfər etməklə bölgədəki gərginliyi azaltmağa çalışdı. Amma səfərdən görünür ki, bunun tam əksi olub. Yəni xalq Paşinyanı ərazidən qovdu”.

Bu sözləri politoloq Turan Rzayev son günlərdə Zəngəzur ərtafında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycan Prezidenti iki gün əvvəl “Zəngəzur dəhlizi”nin bərpası ilə bağlı danışarkən, “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”, deyib. Prezidentin bu mesajından sonra Ermənistanın baş naziri Nikol Paşinya Zəngəzura səfər etdi. Paşinyanla eyni ərəfədə isə ABŞ səfiri Linn Treysin də bölgəyə səfər edib.

Proseslərin inkişafı, xüsusilə bölgədə ABŞRusiya maraqlarının toqquşması Zəngəzurun regionda yeni gərginlik ocağı ola biləcəyi ehtimalını verirmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “ABŞ səfirinin Zəngəzura səfərində Konqresdə olan erməni lobbisinin birbaşa əli var”.

Prezidentin Zəngəzurla bağlı verdiyi açıqlamada Ermənistana qarşı ərazi iddiasından yaxud da regionun hərbi yolla ələ keçirilməsindən söhbət getmədiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, sadəcə olaraq 10 noyabr bəyanatında öz əksini tapan “Zəngəzur dəhlizi”nin tez bir zamanda icra edilməsi istiqamətində rəsmi İrəvana təzyiq edilir:

“Ölkə başçısının Zəngəzurla bağlı dedikləri təsadüfi deyil. Ölkə başçısı aydın şəkildə Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. Burada Zəngəzura ərazi iddiasından yaxud da hərbi yolla ələ keçirilməsindən söhbət getmir. Sadəcə olaraq 10 noyabr bəyanatında öz əksini tapan “Zəngəzur dəhlizi”nin tez bir zamanda icra edilməsi istiqamətində rəsmi İrəvana təzyiq edilir. Çünki Ermənistan tərəfindən dəhlizin açılmasını istəməyən qüvvələr kifayət qədər çoxdur. “Zəngəzur dəhlizi”nə görə Ermənistanda iqtidarı da sərt şəkildə tənqid edilir.

İndiki halda “Zəngəzur dəhlizi”nin açılmasını Ermənistan istəmir və Ermənistan tərəfi bunu özü üçün bir təhdid hesab edir. Amma dəhliz gec-tez açılmalıdır. Çünki Rusiya dəhlizinin açılmasında maraqlıdır. Rusiya dəhliz üçün maraqlı olmasaydı bu bəyanatda öz əksini tapmadı.

Qeyd edim ki, Zəngəzur məsələsi son zamanlar tez-tez gündəmə gətirilir. Bunun da məqsədli surətdə olduğunu düşünmək olar. Prezident İlham Əliyevin isə Zəngəzurla bağlı məsələyə çıxışında bu qədər yer verməsi dəhlizin tez zamanda reallaşması və Ermənistanda bu dəhlizin reallaşmaması üçün fəaliyyət göstərən qüvvələrə göz dağı vermək məqsədi güdür. Zəngəzur bu gün Ermənistanın ərazi bütövlüyü kimi tanınsa da, o torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır.

Turan Rzayev: “ABŞ səfirinin Zəngəzur səfərinin pərdəarxası məqamları var”.

Bildiyimiz kimi Ermənistanın 27 ildə torpaqlarımıza vurduğu ziyanın təzminat məsələsi gündəmdəir və bununla bağlı Azərbaycan Beynəlxalq Tribunala iddia hazırlayır. Ölkə başçısı həmin müsahibəsində təsadüfi qeyd etmədi ki, Ermənistanı beynəlxalq məhkəməyə verəcəyik. Prezident vurğunu onun üzərinə qoydu ki, Ermənistan ölkəmizə vurduğu on milyardlarla dollarlıq ziyanı kompensasiya etməyəcəksə, ən azından bu ziyanın əvəzinə Azərbaycana ərazi güzəşti etməlidir. Bu reallıqları nəzərə alaraq, indiki halda Ermənistanın ən azı “Zəngəzur dəhlizi”nin açılmasında narahatlıqlar yaratmaması üçün işlər görülür.

Prezidentin Zəngəzur çıxışından sonra Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzura gizli və planda olmayan səfər gerçəkləşdirdi. Qeyd edim ki, hazırda Zəngəzurda, yəni Sünik vilayətində vəziyyət heç də yaxşı deyil. İstər vilayətin meri, istərsə də hüquq mühafizə orqanları rəsmi şəkildə İrəvana itaət etmək istəmir və 44 günlük müharibə sonrasında olan reallıqlarla barışmırlar. Hazırda Ermənistan daxilində İrəvan və Sünik arasında ciddi daxili konflikt hiss olunmaqdadır. Əslində Paşinya Zəngəzura səfər etməklə bölgədəki gərginliyi azaltmağa çalışdı. Amma səfərdən görünür ki, bunun tam əksi olub. Yəni xalq Paşinyanı ərazidən qovdu.

Turan Rzayev: “Hazırda Ermənistan daxilində İrəvan və Sünik arasında ciddi daxili konflikt hiss olunmaqdadır”.

Nəzərə almaq lazımdır ki, ABŞ-da erməni lobbisi çox güclüdür. Çox güman ki, ABŞ səfirinin Zəngəzura səfərində birbaşa konqresdə olan erməni lobbisinin əli var. Təbii ki, ABŞ səfirinin Zəngəzur səfərinin pərdəarxası məqamları var. Bu məqamlardan biri odur ki, İrəvanla Vaşinqton maraqlanır. RusiyaErmənistan arasında yaşanan son vəziyyət Vaşinqtonun da diqqət mərkəzindədir. Lakin Rusiya çətin ki, öz protektoratını ABŞ-a versin.

Bildiyimiz kimi Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə Ermənistanın taleyi həll olunacaq. Rusiya özü də regionda gərginliyin artmasını istəmir və bu istiqamətdə işlər görür”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar