Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı gimnast ABŞ-da birinci oldu

ABŞ-da yaşayan 11 yaşlı azərbaycanlı bədii gimnast Məryəm Mustafayeva Nevada ştatındakı yarışda qızıl medal qazanıb.

Bu barədə “Report”un yerli bürosuna M.Mustafayevanın anası Nataşa Mustafayeva məlumat verib. N.Mustafayeva bildirib ki, qızı 4 mərhələdən ibarət "Rhythmic Divas Invitational Las Vegas Competition 2021" turnirində növbəti mərhələyə vəsiqə qazanıb.

O, M.Mustafayevanın 4 yaşından gimnastika ilə məşğul olduğunu və qısa vaxt ərzində böyük uğurlar qazandığını deyib: “Məryəm 2010-cu ildə Bakıda anadan olub və 2014-ci ildə ABŞ-a köçmüşük. Hazırda Florida ştatında yaşayırıq. Məryəm 5-ci sinifdə oxuyur, əlaçıdır. Eyni zamanda gözəl rəsmlər çəkir, pianinoda musiqilər ifa edir. Məryəmin atası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Onun ən böyük arzusu Məryəmin gimnast kimi yetişməsi idi. Artıq yeddi ildir ki Məryəm hər gün üç saat gimnastika ilə məşğul olur. Bu günə qədər qatıldığı yarışlarda böyük uğurlar qazanıb. Qazandığı bu birincilik isə onu daha da yüksəklərə aparacaq. Növbəti mərhələdə Məryəm ABŞ-ın bütün ştatlarından gələn gimnastlarla Nyu-York şəhərində yarışa qatılacaq. Ümumilikdə isə hazırda o, 7-ci mərhələdədir, 10-cu mərhələdən sonra milli gimnast statusunun sahibi olacaq”.

N.Mustafayeva Məryəmin üzərində buta simvolunun əks olunduğu xususi geyimlərlə yarışlara qatıldığını və Azərbaycanı təmsil etdiyini də vurğulayıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar