Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan kubokunda "Zirə" qalib gəlib, “Qarabağ” heç-heçə edib

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

İlk oyunlar çərçivəsində hər iki qarşılaşma eyni gündə baş tutub.

Günün ilk görüşü “ASK Arena”da təşkil olunub. Paytaxt derbisində “Keşlə” “Zirə”ni qəbul edib. Premyer Liqanın autsayderi "Keşlə" avrokuboklara yeganə şansı olan kubokun finalı yolunda ilk dueldən məğlub ayrılıb. Meydan sahibləri fasilə ərəfəsində hesabı açsa da, üstünlüyünü qoruya bilməyiblər. İkinci hissədə 5 dəqiqə ərzində iki qol vuran "Zirə" səfər qələbəsi qazanaraq, cavab görüşü öncəsi tarixinin ilk tituluna bir addım da yaxınlaşıb.

Günün ikinci matçı Sumqayıtda təşkil olunub. “Kapital Bank Arena”da “Sumqayıt” “Qarabağ”ı sınağa çəkib. Həm “kimyaçılar”, həm də Ağdam təmsilçisi meydana heyətində rotasiyalar edərək çıxıb. Zədəlilərin çoxluğu ilə bağlı ciddi problemlər yaşayan Premyer Liqanın son çempionu ötən mövsümün finalçısı ilə səfər matçından qolsuz bərabərliklə dönüb.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
21 aprel (çərşənbə)

18:30. “Keşlə” – “Zirə” - 1:2
Qollar: Sadio Tounkara, 45+2 - Rodriqo Bonqonqui, 57, Nemanya Andelkoviç, 62
Baş hakim: Kamal Umudlu
“Keşlə”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 29. Yevgeni Koçuk, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 64. Kənan Cəfərov
Baş məşqçi: Sənan Qurbanov
“Zirə”: 1. Mateus Albino, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
“ASK Arena”

20:30. “Sumqayıt” – “Qarabağ” - 0:0
Baş hakim: Rəşad Əhmədov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 9. Əli Qurbani, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 85. Rüstəm Hümbətov
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Kapital Bank Arena”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar