Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NASA-dakı azərbaycanlı Allen Mirqədirov: “Aya uçmaq niyyətim var” 

Allen Tərlan oğlu Mirqədirov həqiqətən də fəxr ediləsi azərbaycanlılardan biridir. O, 30 ildən çoxdur ki, Amerika Birləşmiş Ştatlarında yaşayır. Buna baxmayaraq, Allen amerikalılara və digər millətlərin nümayəndələrinə öz vətənini sevgilə tərənnüm edərək, milli köklərini heç vaxt unutmur.

Caliber.Az ilə söhbət edən həmyerlimiz hazırda ABŞ Milli Aeronavtika və Kosmik Agentliyində (NASA) işləyir və nə vaxtsa kosmosa uçmaq arzusu ilə yaşayır.

“Kosmosa uçmaq heç vaxt imtina etməyəcəyim möhtəşəm bir xəyalımdır. Astronavtlar sırasına daxil olmaq çox çətindir. Hətta Amerikada bu mövzuda bir zarafat da var. Deyirər ki, senator və ya prezident olmaq daha asandır. Buna baxmayaraq, dörd ildən bir müraciətimi təqdim edirəm. Sonuncu dəfə ötən il müraciət etmişəm və hələ ki cavab almamışam. Bu günə qədər heç kim Marsa uçmayıb. Aya uçuş üçün namizədlərə gəldikdə isə NASA-nın artıq öz astronavtlar heyəti var. Əgər müraciətim qəbul olunsa, könüllü olaraq oraya uça bilərəm. Bu, ən tezi 2024-cü ildə baş verə bilər. ABŞ-ın Ayda baza yaratmaq niyyəti var. Mən öz şansımı qaçırmaq fikrində deyiləm” – deyə Allen bildirib.

Şanslarının kifayət qədər real olduğunu qeyd edən həmyerlimiz hətta 2024-cü ildə Aya uçacaq NASA heyətinə düşmək ehtimalının mövcudluğunu da vurğulayıb.

“Ay və Marsa şərti uçuşlarla bağlı təcrübələrdə iştirak etmək mənim şanslarımı yalnız artıracaq. Bu gün bir telekommunikasiya mühəndisi olaraq qrupum və mən peyklər, yerüstü stansiyalar və antenlər arasındakı əlaqələrə cavabdehik. NASA da məhz kosmosdan yerə və əksinə məlumatların göndərilməsinə mühüm əhəmiyyət verir”, - deyə mühəndis qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar