Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloger Mehman Hüseynov deputat Razi Nurullayevi biabır etdi - Fotolar

Bloger Mehman Hüseynov Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev haqqında maraqlı paylaşım edib.

PİA.az-ın məlumatına görə, M.Hüseynov deputat R.Nurullayevin dünən paylaşdığı statusda barəsində bəhs etdiyi avtodayanacaq nəzarətçisini axtarıb tapıb, onunla həmsöhbət olub. İddia edib ki, R.Nurullayev olmayan hadisə haqqında yalan məlumat yayıb. Blogerin paylaşdığı statusu olduğu kimi təqdim edirik:

“Dostlar bu ağsaqqal xahiş elədi sizə bu məlumatı çatdırım. Oxuyun paylaşın! Bu gözəl ağsaqqal maşınlara nəzarət edən gözətçidir. Dünən Milli Məclisin deputatı Razi Nurullayev bu kişi ilə “vacib” görüş haqda status yazmışdı, yəgin çoxunuz oxumusuz. İndicə bu kişi ilə rastlaşdım. Dedim sağol dayı uje deputatla şəkil çəkdirisən, halaldı sənə. Deyir ay gözəl bala nədən danışırsan? Deyirəm Razi adlı deputat var, dünən sən onunla şəkil çəkdirmisən, fanatı olduğunu demisən. Ağsaqqal cavab verib ki, “Ə sən nə danışırsan? Biabır olmuşam? Harda şəklim paylaşılıb? A bala vallah Razi adında deputatı tanımıram, mən kasıb adam səhərdən axşama kimi maşınlara nəzarət edib qəpik-quruş qazanıb evə gedirəm. Mənə deputat lazımdı? Televizora, heç nəyə baxmıram. Öz adım yadımda qalmır, qaldı deputatların adını bilim”.

M.Hüseynovun sözlərinə görə, ağsaqqala fotono göstərib və izah edib ki, bu adam “Facebook”da sizinlə çəkdirdiyi şəkli paylaşıb, adı razi, özü isə deputatdır: “Ağsaqqal deyir ki, “Ay başına dönüm, tövbə mən bu adamı tanımıram, bu adamdan şəkil filan istəməmişəm. Dünən elə bunun maşınını “park” etməyə kömək eləmişəm. Maşından düşüb mənə dedi ki, ağsaqqal nə gözəl çubuğun var, lap yol polisinin çubuğuna oxşayır. Gəl bir səninlə şəkil çəkdirək”. Ağsaqqal deyir ki, daha yox demədim, şəkil çəkdirdik, bu kostyumlu kişi cibindən 40 qəpik çıxardıb verdi mənə və getdi. Başqa söhbət olmayıb. Ay nə bilim şəklini başımın üstündən asacam, ay nə bilim sən zor deputatsan. Bu deputatlardan xalqa xeyir gəlib ki? Deyir evimdə başımın üstündə heç babamın şəklini asmamışam, qaldı ki, hansısa deputatın şəklini vurum”.

Xatırladaq ki, ötən gün deputat R.Nurullayev yaşlı bir kişi ilə çəkdirdiyi fotonu “Facebook”da paylaşaraq belə bir təqdimat etmişdi: “Bu kişi “parkovşik”dir. Maşından düşdüm, dedi ki, müəllim ailəvi sizi dinləyirik, hər zaman dövləti qoruyursunuz, xalqa dəstək olursunuz, Prezidentin xalq üçün dediyi məsələləri, vətəndaşlara yönəlik addımlarını müdafiə edirsiniz. Köməkçini göndərdim, bu şəkildən iki ədəd çıxardım verdim ona. Dedi aparıb qoyacam şkafın başında, Prezidentin şəklinin yanında. Dedim yox elə etmə, sən onu aşağı bir yerdə qoy, bəs edər. Prezident prezidentdir, ona uca yerdə olmaq yaraşır və haqqıdır. Bizim uca yerlərdə gözümüz yoxdur”.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar