Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avronest PA-nın 9-cu sessiyası başa çatıb

Avronest PA-nın 9-cu sessiyası başa çatıb.

Onlayn formatda işini davam etdirən Avronest PA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.

Plenar iclasda öncə 2019-cu il dekabrın 9-10-da Tbilisidə keçirilmiş 8-ci sessiyanın protokolu təsdiqlənib. Sonra Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun komitələrində baxılmış məsələlərə dair həmməruzəçilərin təqdimatları dinlənilib.

İclasda COVID-19 pandemiyası bitəndən sonra Şərq Tərəfdaşlığının dirçəlişi, dayanıqlığı və demokratikləşmə perspektivləri mövzusunda debatlar aparılıb. Demokratik proseslərin möhkəmləndirilməsində siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ədalətli seçki mühitinin, eyni zamanda azad və plüralist KİV-lərin rolu barədə müzakirələrdə bir sıra təkliflər səslənib. Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsi təhlil olunub. Milli nümayəndə heyətlərinin üzvləri Avropada enerji siyasətinin möhkəmləndirilməsi imkanları və Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması, eləcə də gündəlikdəki digər məsələlər barədə fikirlərini bölüşüblər.

Müzakirələrdə Şərq Tərəfdaşlığının gələcəyinə dair təkliflər irəli sürülüb. Şərq Tərəfdaşlığı ölkələrində demokratikləşmə prosesləri, mövcud ictimai-siyasi vəziyyət, dayanıqlığın və təhlükəsizliyin artırılması, həmçinin bölgədə gedən proseslərdə Avropa İttifaqının daha yaxından iştirakı barədə fikir və mülahizələr səsləndirilib.

Müzakirələr zamanı Milli Məclisin deputatları Azər Kərimli və Hicran Hüseynova erməni deputatların Azərbaycanın əleyhinə səsləndirdikləri fikirlərə obyektiv reallıqdan çıxış edərək, konkret faktlara istinadən kəskin cavablar veriblər, erməni tərəfinin yalanlarını və böhtanlarını ifşa ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli bildirib ki, “Avropa dövlətləri və institutları, o cümlədən ATƏT-in Minsk qrupu 30 il ərzində regionda mövcud olan münaqişəni sülh yolu ilə həll edə bilməyiblər. Hazırda biz bölgədəki qarşıdurmaya və nifrətə son qoyaraq yeni səhifə açırıq. Biz regionun gələcəyini qurmağa başlayırıq. Nəticədə Ermənistan da daxil olmaqla regionun bütün ölkələri tərəqqi etmək imkanı qazanacaq. Təəssüf ki, bu baxımdan Ermənistan tərəfin müvafiq addımları müşahidə olunmur. Azərbaycan, ErmənistanRusiya arasında üçtərəfli bəyanat imzalanmasına baxmayaraq, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bu sessiyadakı çıxışında dəfələrlə qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi hələ bitməyib. Əgər bu revanşizmə və nifrətə açıq çağırış deyilsə, bəs nədir?”

Plenar iclasda aparılan müzakirələr başa çatdıqdan sonra gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub. Bununla da Avronest Parlament Assambleyasının iki günlük 9-cu növbəti sessiyası işini başa çatdırıb.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar