Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 40 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində daha 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub.

Nazirlikdən bildirilib ki, mənzillərin sənədlərini Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev təqdim ediblər.

V.Behbudov çıxışında şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə sosial dəstək göstərilməsi sahəsində aparılan genişmiqyaslı işləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini vurğulayıb.

Qeyd olunub ki, bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olanlara təqdim ediləcək. Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 300 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib. 2021-ci ildə regionlarda 450 fərdi ev də tikilərək qeyd olunan kateqoriyadan olan şəxslərə təqdim ediləcək.

U.Mirzəyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilmələrinin dövlət başçısının bu kateqoriyadan olan şəxslərə xüsusi qayğısının daha bir təzahürü olduğunu kimi qeyd edib.

Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9500 mənzil və fərdi ev verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar