İspaniyanın “Atletiko” və İtaliyanın “İnter” klubları Avropa Superliqasından imtina etdiklərini açıqlayıblar.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl İngiltərənin altı klubu - “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti” və “Çelsi” klubları Avropa Superliqasını tərk etdiklərini elan ediblər.
pia.az