Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vadim Dubnov: “Nikol Paşinyanın əsas düşməni elə Nikol Paşinyan özüdür” 

Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayının son 10 günü ərzində istefa verəcəyinə söz verib. Eyni zamanda, o, iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini icra edəcək.

Bu tarix yaxınlaşdıqca, Ermənistanda hökumət dəyişikliyinin güc yolu ilə mümkünlüyünə inanan müxtəlif erməni ekspertlərinin bəyanatları daha tez-tez səslənir. Hərbçilər buna razı olacaqlarmı, yoxsa bəzi siyasətçilər Ermənistan əhalisini qaldırmağa çalışır?

Qafqaz üzrə tanınmış analitik, ekspert, Azadlıq Radiosunun müşahidəçisi Vadim Dubnov vəziyyəti Caliber.Az-a şərh edib:

- Ermənistanın olduğu belə bir vəziyyətdə əlbəttə ki, hər şey mümkündür. Ölkənin hökumət kimi böyük problemləri var. Mövcud hökumət hakimiyyət olmaqdan çox hakimiyyətin yerləşməli olduğu yeri doldurur. Ancaq əslində hərbi çevriliş etmək üçün hansı qüvvələrdən istifadə edilə biləcəyini də anlamıram.

Mənə elə gəlir ki, nə qədər ki, bunu etməyin niyə lazım olduğu aydın deyil, erməni generalları arasında bu oyunu oynamağa hazır olan yoxdur.

İndi ciddi siyasi aktyorlardan kim hakimiyyəti Nikol Paşinyandan almaq istəyə bilər?

Erməni seçicilər üçün qarşıda hələ çox populyar olmayan addımlar var, elə buna görə də onu hazırkı baş nazirə həvalə edirlər. Hərbçilər, şübhəsiz ki, hakimiyyətə can atmırlar - bu, erməni siyasi ənənələrinə uyğun gəlmir.

- Xalq arasında yaranan narazılığın artması barədə nə düşünürsünüz? Bu, Qarabağdakı Rusiya sülhməramlıların komandanı general Rüstəm Muradovun Bakıdan gəldiyi təyyarənin İrəvana endiyi zaman müşahidə edildi və təyyarənin göyərtəsində üçtərəfli Bəyanat imzalanandan sonra Azərbaycan ərazisində tutulan erməni diversantlar yox idi. General Muradov özü onların bu təyyarəyə ilə gəlmələri barədə məlumatları təxribat adlandırdı. Ancaq yenə də İrəvandakı etirazlar daha da şiddətləndi. Nikol Paşinyanın tərəfdarları qorxurlar ki, insanlar küçələrə kimisə dəstəkləmək üçün deyil, sadəcə mövcud hakimiyyətə qarşı çıxdıqlarına görə axışacaqlar.

- General Muradov bu təxribatın kimə məxsus olduğunu açıqlamasa da, mənə elə gəlir ki, Nikol Paşinyanın əsas düşməni elə Nikol Paşinyanın özü və partiyasıdır. “Əsirlərlə” bağlı problemi Robert Koçaryan və ya başqaları deyil, hakim elitanın özü yaradıb. Etirazlara səbəb olan ictimai impulslar yalnız Paşinyanın ətrafından gəldi.

Bir daha vurğulayıram: Ermənistandakı hakim partiyanı yalnız hakim partiyanın özü təhdid edir. Bütün digər müxalif qurumlar əvvəllər olduğundan daha çox bir şey əldə edə bilmək iqtidarında deyillər.

Müxtəlif intellektual, akademik, hərbi elitaların Paşinyana qarşı olduğuna inanan erməni mütəxəssislərlə razıyam. Ancaq həqiqət budur ki, onlar heç bir şeyə qərar vermirlər, xalqı küçələrə çıxara bilməzlər. İnsanlar indi səslərinə namizəd olmağa çalışanların hamısını eyni dərəcədə bəyənmirlər.

Ermənistanda mütləq siyasi hakimiyyət boşluğu davam edir, hansı ki, yumşaq desək, heç kimə arzu etməyəcəyiniz insanlar onu qanuni yollarla dolduracaq.

- Və 20 iyunda keçiriləcək seçkilərdə, əgər baş tutarsa, hakim siyasi qüvvə qazanacaq?..

- Hesab edirəm ki, belə olacaq. Bu hesabdır. Tamamilə yarışma əsnasında bir qələbə olacaq. Əslində isə, bu, heç kimin doldura bilməyəcəyi boşluğu doldurmaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar