Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda bir qrup siyasətçi Ruhanini cinayətdə günahlandırdı

İran Prezidenti Həsən Ruhani 2013 və 2017-ci illərdəki seçki zamanı sünni məzhəbinə aid seçicilərə verdiyi sözləri yerinə yetirmədiyi ilə bağlı ittiham edilib.

Bunu islahatçılara yaxınlığı ilə tanınan keçmiş Merivan millət vəkili Abdullah Söhrabi “İtimad” qəzetinə müsahibəsində deyib.

Söhrabinin sözlərinə görə, Ruhani 2013 il seçkilərindən əvvəl Konstitusiyanın 3, 12, 13, 15, 19 və 22 maddələrinə uyğun olaraq, dinlərin, xalqların və məzhəblərin hüquqlarının təmin edilməsi, ayrıseçkiliyə yol verilməməsi, yerli idarələrdə məşğulluğun təmin edilməsi kimi tələblərin olduğu 10 maddəlik məktubu qəbul edib və istəklərin yerinə yetirəcəyinə söz verib. Ancaq heç bir tələbi yerinə yetirməyib.

2017-ci il seçkilərində eyni tələbləri dilə gətirdiklərini bildirən Söhrabi Ruhaninin seçkidən əvvəl müsbət cavab verməsinə baxmayaraq, məsələ ilə bağlı heç bir addım atmadığını bildirib.

Prezident yerinə yetirəcəyinə söz verdiyi 10 maddəni yerinə yetirməyib. Bu səbəbdən Ruhani ilə bağlı Konstitusiyanın 34-cü maddəsi ilə Ali Məhkəməyə şikayət etdik”, - deyə keçmiş İranlı millət vəkili vurğulayıb.

Qeyri-rəsmi rəqəmlərə görə, 83 milyon insanın yaşadığı İranda təqribən sünni məzhəblərinə mənsub 15 milyon insanın olduğu iddia edilir.

İrandakı sünnilər bəzən konstitusiya hüquqlarının verilməsini tələb etsələr də, dövlətin bu tələbləri nəzərə almadığı bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar