Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Nəsimi Şərəfxanlı: “Rusiya ətrafındakı ölkələri NATO-dan uzaq tutmaq üçün onları KTMT-yə qoşmağa çalışır”...

Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Kremlin beyin mərkəzinə aid olan və danışan dillərindən biri olan Aleksandr Duqin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Rusiyanın geosiyasi layihələri olan KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması üçün heç bir əngəl qalmadığını bildirib. Duqin bildirib ki, Azərbaycanın bu təşkilata üzv olmasının əsas şərti Dağlıq Qarabağ ətrafında olan rayonların azad olunması idi. İndisə bu maneə ortadan qalxıb.

Mövzu ilə bağlı bu və digər məsələləri VHP sədrinin müavini Nəsimi Şərəfxanlı ilə müzakirə etdik.

- Nəsimi bəy, Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmasının indiki anda gündəmə gətirilməsi sizcə nə ilə bağlıdır?

- Əvvəla istərdim bir məsələyə tarixi aydınlıq gətirim ki, Azərbaycan bir zaman KTMT-yə üz olub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsasını 15 may 1992-ci ildə Daşkənddə Qazaxıstan istisna olmaqla Mərkəzi Asiya Respublikaları, RusiyaErmənistan qoymuşlar. 1993-cü ilin sentyabr ayında Azərbaycan, dekabr ayında isə Gürcüstan və Belarus müqaviləyə qoşulmuşlar. Azərbaycan, Gürcüstan və Özbəkistan Müqavilədə iştiraklarını öz təhlükəsizliklərinə qənaətbəxş təminat hesab etməyərək, 1999-cu ildə onu prolonqasiya etməkdən imtina etdilər. Bu tamamilə doğru və vaxtında atılmış addım idi. Çünki 1992-ci illə 99-ci il situasiyası arasında təhlükələrin mənbələri və həlli imkanları arasında böyük fərqlər yaranıb.

Bu gün isə bütövlükdə reginda gepolitik durum və maraqlar dəyişib. Baydenin radikal antirusiya siyasəti qarşısında Kreml də müəyyən qoruyucu addımlar atmaq məcburiyyətindədir. Hesab edirəm ki, KTMT-yə yeni üzvlərin qəbulunun və Təşkilatın genişlənməsi məsələsinin gündəmə gətirilməsi bununla bağlıdır. Hazırda Rusiya əksər postsovet ölkələrini KTMT-yə qoşmaq və onların NATO-ya meyillənməsini önləmək üçün ciddi tədbirlər görür. Rusiya Avrasiyanın məqsədəuyğun hesab etdiyi bütün bölgələrində, bütün məqbul vasitələrlə “öz həyati maraqlarını” qorumaqda və geosiyasi təsir mexanizmlərini saxlamaqda davam edir.

“Heç bir rəsmi koalisiya, hərbi, yaxud iqtisadi-siyasi blok olmadan ortada Türkiyə-Azərbaycan-Pakistan üçlüyü var. Bu üçlük münasibətlərin maraqlardan daha çox xalqların səmimi yaxınlığı üzərində qurulduğundan istənilən blokdan daha güclüdür”.

Son illərdə bu ölkənin bəzi siyasi dairələrinin dilindən “böyük ölkələrin regional maraq dairələrinin və geosiyasi təsir zonalarının” tanınması və qorunması, belə demək mümkünsə, planetar məkanların “Jirinovski sxemi üzrə, müxtəlif iri dövlətlərin təsir və maraq dairələrinə bölünməsi”, kiçik ölkələrin hüquqlarının nəzərə alınmaması hesabına “böyüklərin təhlükəsizlik maraqlarının dönməz şəkildə təmin edilməsi” və s. kimi beynəlxalq hüquqa zidd çağırışlar səslənməkdədir.

- Dediklərinizdən belə bir nəticəyə gəlmək olur ki, Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətdir?

- Dünyanın maraq dairələri üzrə faktiki olaraq yenidən bölünməsini rəsmən bəyan edən və “planetin yeni təhlükəsizlik memarlığı” adlanan belə geostrateji plan və mülahizələrə, rəqib hərbi bloklara və ölkələrə meyil göstərən dövlətləri və xalqları müxtəlif iqtisadi, siyasi, sosial və s. təzyiq vasitələri ilə sıxışdırmaq cəhdinə bütün böyük ölkələrin timsalında rast gəlmək mümkündür.

Tədqiqatçıların fikrincə, son zamanlar bir çox kiçik ölkələrin regiondakı müstəqil geosiyasi amil kimi çıxış etməsinə mane olan əsas səbəblər onların böyük ölkələrdən strateji sahələr üzrə - təhlükəsizlik, enerji, iqtisadi, ərzaq və s. asılılığı hesab olunur. Amma Azərbayucanla bağlı hazırki durum belə deyil. Qarabağın işğalda olduğu zaman Rusiyanın ölkəmizə təsir imkanları daha böyük idi. İndi də Qarabağda sülhməramlı adı ilə yerləşdirilmiş rus hərbi kontingenti və 5-ci kolon adlandırılan qüvvələrlə Kreml öz təsir rıçaqlarını qoruyub saxlayır. Amma bu Azərbaycanın Qərbə tam arxa çevirib KTMT-yə üzvlük qərarı verməsinə səbəb olacaq dərəcədə deyil.

Azərbaycan “Qoşulmama Hərəkatı”ndakı aktivliyi ilə dünyada bitərəflik imici qazanıb və bu imic ölkəmizin maraqlarının təmin olunmasında mühüm rol oynayır. Buna görə də indiki situasiyada rəsmi Bakı Moskva ilə münasibətlərə soyuqluq gətirmədən KTMT-yə üzvlük məsələsini gündəmdən çıxarmaq yolunu tutmalıdır.

- Qeyd etdiyiniz kiimi dünyanın yenidən bölüşdürülməsi, böyük güclərin öz nüfuz xəritələrini cızması fonunda Azərbaycanın tərəfsizlik mövqeyi nə qədər realdır?

-Tərəfsizlik müttəfiqsizlik demək deyil. Heç bir rəsmi koalisiya, hərbi, yaxud iqtisadi-siyasi blok olmadan ortada Türkiyə-Azərbaycan-Pakistan üçlüyü var. Bu üçlük münasibətlərin maraqlardan daha çox xalqların səmimi yaxınlığı üzərində qurulduğundan istənilən blokdan daha güclüdür. Bu üçlüyü regiopnun, qitənin lideri edəcək iki mühüm faktor da var. Pakistan, Türkiyə və Azərbaycan bir çox ölkədə müsəlman azlıqlarlara qarşı İslamofobiya meyllərinin əleyhinədirlər. Bu prinsip hər 3 dövlət üçün vacibdir. Türkiyə müxtəlif ölkələrdə, o cümlədən İsraildə, Birmada və eləcə də Avropa ölkələrində müsəlman azlıqlara qarşı təzyiqləri tənqid edir.

Nəsimi Şərəfxanlı: “Rəsmi Bakı Moskva ilə münasibətlərə soyuqluq gətirmədən KTMT-yə üzvlük məsələsini gündəmdən çıxarmaq yolunu tutmalıdır”.

Azərbaycanla Ermənistan arasında müharibədən sonra müəyyənləşdi ki, işğaldan azad olunan böglələrdə məscidlər dağıdılıb. Azərbaycan istəyir ki, müsəlman ölkələri məscidlərin dağıdılmasını pisləsinlər. Pakistan isə Hindistanın Kəşmir bölgəsində yerli müsəlmanlara qarşı təzyiq siyasətini pisləyir. Ona görə də Pakistanın, Azərbaycanın və Türkiyə dünya müsəlmanları üçün qoruyucusu və müdafiəçisi statusundadır. Eyni zamanda bu üçlükdə yer alan Azərbaycan və Türkiyə Türk dünyasının öncül ölkələrindəndir. Başqa sözlə, Avrasiyada barışı təmin edəcək Türk-İslam birliyinin ilkin rüşeymləri yaranıb və bunu inkişaf etdirmək lazımdır.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar