Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya müharibə istəyir? - Ukraynanın qapısında tanklar, ağır silahlar və yeni bir hərbi baza var...

“The Independent” qəzetinin əməkdaşı Oliver Carroll, Moskvanın müharibə hazırlıdığı içində olması ilə bağlı iddialarını araşdırmaq üçün Rusiya-Ukrayna sərhədində olub...

Oliver Carroll
“The Independent” qəzeti, 19 aprel 2021-ci il

Yeni tikilmiş çadır sıraları üfüqdən də uzağa doğru uzanır. Çadırların ilk sırası “Ana Vətən Çağırır” yazılmış müharibə afişaları ilə əhatə olunub. Afişaların və brezentlərin sonunda açıq-aşkar müxtəlif növ ağır silah olan əşyaları gizlədən kamuflyaj yarpaqları başlayır.

Ölkənin cənubundakı Voronej şəhərinin kənarındakı müvəqqəti düşərgə, bəlkə də Rusiyanın Ukrayna ilə bağlı hazırkı planlarının ən dəhşətli göstəricisidir. “The Independent” qəzeti düşərgənin böyük miqdarda avadanlığı necə saxlaya bildiyinə şahid olub. Təxminən 10 iri dizel tankeri sola dönüb, yaşıl labirintə daxil olmazdan əvvəl onlarla əsgərin yanından keçərək yay evlərinin yerləşdiyi Berezka şəhərciyindən çıxan çınqıl yolu izləyir. Qısa müddət sonra da yük maşınları və yüngül hərbi maşınları görünür.

Rusiyanın açıq mənbəli araşdırma qrupu olan Konflikt Kəşfiyyat Komandası (CIT) ilk olaraq Ukrayna sərhədindən 250 kilometr aralıda yerləşən Berezka düşərgəsini kəşf edib.

Hərbi yük boşaldıldıqdan qısa müddət sonra logistik düşərgə ilə birləşdirilmiş Maslovka Qatar Stansiyası (Petr Şelomovski)

CIT düşərgəni təkcə foto, video və peyk görüntüləri vasitəsilə təsbit etməklə kifayətlənməyib, həm də ağır silahların ilk olaraq yaxınlıqdakı iki qatar stansiyasına necə düşdüyünü sənədləşdirib. Həmçinin, daha cənubda, Ukrayna sərhədinə yaxın Ostroqojsk və Valuyki şəhərləri ətrafında başqa müvəqqəti düşərgələr ola biləcəyini də önə sürüb.

“The Independent” də 12-13 aprel günü Maslovka qatar stansiyası ilə Berezka düşərgəsi arasındakı hərbi vəziyyəti izləyərək CIT-in aşkarladığı tapıntıların əksəriyyətini təsdiqlədi. Oliver Karol Ostroqojsk ətrafında hərbi polisin müşayiət etdiyi iki hərbi vasitə növbəsini, yerli dəmir yolu şəbəkəsində, xüsusən də gecə saatlarında baş verən ciddi fasilələri, tankları, toplar və digər ağır texnika daşıyan qatarları, bütün bölgədə, xüsusən də dəmir yolu stansiyalarının və şübhəli düşərgə sahələrinin yaxınlığındakı yollarda hərbi varlığın artdığını qeydə alıb.

Ancaq açıq şəkildə verilən səfərbərlik əmrindən başqa, Rusiyanın dəqiq olaraq nəyə hazırlaşdığı hələ bəlli deyil. Rus xalqının hər hansı bir ciddi hərbi əməliyyatı dəstəkləyəcəyi də dəqiq deyil.

Berezka düşərgəsi qarşıdurmanın zirvəyə çatdığı 2014-2015-ci illərdə qurulan rus düşərgələri ilə müqayisədə, sərhəddən xeyli uzaqdadır. Lakin böyüklüyünə və Ukraynanın ikinci böyük şəhəri olan Xarkovun qarşındaki yerinə görə Kiyev üçün kifayət qədər təhlükə yaradır. Düşərgə Donbas münaqişə zonasından və Ukraynadan gələ biləcək hər hansı təcavüzdən çox uzaqda yerləşir.

Ukrayna sərhədi yaxınlığında Rusiyanın fəaliyyəti

Rusiya Krımda da böyük qüvvələr toplayır. Hətta Ukrayna torpağına bağlanan önəmli bir su kanalına nəzarəti bərpa etmək əməliyyatı ilə bağlı bəzi fərziyyələr də var. CIT bazar ertəsi günü 76-cı Mühafizə Hava Hücumu Diviziyasına aid olan texnikanın mübahisəli yarımadada göründüyünü bildirib. Bu paraşüt-desant birliyi 2014-2015-ci illərdə Ukraynada Donbas qarşıdurması fonunda mühüm rol oynamışdı. Həmin vaxt polkun onlarla üzvünün öldüyü və gizli mərasimlərlə dəfn edildiyi barədə məlumatlar yayılıb.

Ostrogojsk yaxınlığında hərbi polis konvoyunun keçməsi üçün yolu bağlayır (Petr Şelomovski)

Bir neçə həftədir verilən əsassız açıqlamalardan sonra çərşənbə axşamı günü müdafiə naziri Sergey Şoyqu bir növ bir etiraf etmək məcburiyyətində qaldı. O, Rusiyanın həqiqətən də, Ukrayna ilə olan sərhəddə yeni qüvvələr topladığını açıqladı. Lakin Rusiyanın Müdafiə naziri elan edilməmiş bu hərbi addımın NATO-nun, xüsusilə Polşa və Baltikyanı ölkələrdəki təhdid dolu hərbi fəaliyyətinə cavab olduğunu bildirib. Fövqəladə təlimlərin iki həftə ərzində sona çatacağını da qeyd edib.

Buna cavab olaraq, NATO Moskvaya “Krımın ilhaqından bəri ən böyük rus hərbi gücünün toplanması” əməliyyatına son qoyması üçün çağırış edib. Rusiyanın bu gücə dayanan mövqeyi, əlbəttə ki, müharibədən qaçmaq məqsədilə həmlələr etdiyini iddia edən bir ölkə üçün olduqca sərt görünür. Buna baxmayaraq, yenə də əksər mütəxəssislər Rusiya ilə Ukrayna arasında böyük bir qarşıdurmanın olacağına şübhəli yanaşırlar.

Ukraynanın keçmiş xarici işlər naziri Pavlo Klimkin “The Independent” qəzeti ilə apardığı telefon danışığında Rusiyanın mövcud hərbi quruluşunun ABŞ, Almaniya və Fransa ilə aparılacaq danışıqlardan əvvəl “işləri ciddiləşdirməyə” yönəldiyini söyləyib. Klimkinin fikrincə, Vladimir Putin sanksiyalar və texnologiya ötürülməsi kimi problemlərdən qaçmaq üçün taktiki həmlələr edir.

Klimkin: “Ruslar kapitulyasiyanı müharibə olmadan əldə etmək istəyirlər”.

Uzun müddət nazir vəzifəsində çalışmış Klimkin Krımda bir provokasiya ehtimalını gözardı etməsə də, Xarkova ediləcək hər hansı bir hücumun “dəlilik” olacağını və Moskvanın peşman olacağı bir müharibəyə yol açacağını önə sürür. Klimkin: “Bu, o demək deyil ki, Xarkovda narahat bir vəziyyət yaranmayıb”, deyə əlavə edir.

Ostroqojsk yaxınlığında Voronejdən Ukrayna sərhədinə gedən yol (Petr Şelomovski)

Rus xalqının böyük bir qismi pis şeylər baş verəcəyini hiss edir. Maraqlıdır ki, CIT-in bu mənzərəni ortaya qoymasına imkan yaradan görüntülərin əksəriyyəti 2014-2015-ci illərdə mübarizənin ən qızğın çağında çəkilən videolardakı vətənpərvər şüarların fonunda deyil, bu görüntüləri çəkənlərin şikayət və qınaqları fonunda ortaya çıxıb.

Ölkənin son müstəqil sorğu şirkəti olan “Levada Center”in rəhbəri Lev Qudkovun sözlərinə görə, anket nəticələri rusların getdikcə daha çarəsiz və qorxu içində olduğunu göstərir. Qudkov xalqın 62%-nin böyük bir müharibə başlayacağından narahat olduğunu bildirib ki, bu da son illərdə 20% nisbətində bir sıçrayış olduğunu göstərir. Xalqın yalnız 15%-i belə bir qarşıdurmaya hazır olduqlarına inanır.

Lakin bu, o demək deyil ki, xalq Rusiyanın sərhəd bölgələrində, həqiqətən nələrin baş verdiyini anlayır. Qudkov bunun son həftələrdə demək olar ki, tamamilə Ukrayna əleyhinə bir ritorika ilə çıxış edən dövlət təbliğatının uğuru olduğunu deyir: “Hər gün, hər saat davamlı olaraq bu barədə danışılır və ona görə də təsirli olur”.

Ukrayna sərhədindən yalnız 150 kilometr məsafədə olan Ostroqojskda isə soyadı gizlədilən 63 yaşlı Nadejda “The Independent” qəzetinə müharibə riski olmadığına inandığını bildirib. Keçmiş həkim olan bu qadın Kiyevdə qohumları olduğunu və orada heç kimin hücum planlaşdırmadığını söyləyib. Qadın qeyd edib ki, “rus ordusu da fövqəladə bir şey etmir. Hərbi gücləndirmə ilə bağlı çıxan xəbər saxtadlr“.

Ostroqojskdakı Lenin meydanı. “Qərarları bizsiz verəcəklər. Sizə də silah saymaqdan daha faydalı bir iş görməyinizi məsləhət görürəm”. (Petr Şelomovski)

Nadejda: “Evim şəhərin sərhədindədir, hər şeyi görürəm və sizə bu xəbərin səhv olduğunu deyə bilərəm”, deyə vurğulayıb.

Lenin heykəlinin ucaldığı əsas meydandakı yolun kənarında adını demək istəməyən gənc bir ana isə alternativ fikir təqdim edib. O, şəhərdə və ətrafında ağır silahların aparıldığını söyləyib. Ancaq bunun lazımlı bir xəbər olmadığını və bölgədə arabir baş tutan hərbi təlimlərdən çox fərqli olmadığını bildirib. O: “Hər il burada səs-küy salırlar”, deyib.

“Müharibənin olub-olmamasından asılı olmayaraq, qərarlar bizsiz veriləcək. Sizə də silah saymaqdan daha faydalı bir iş görməyinizi məsləhət görürəm”.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar