Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali təhsil sisteminə hansı qurum və təşkilatların daxil olduğu açıqlanıb

Ali təhsil sisteminə daxil olan qurum və təşkilatlar müəyyənləşib.

PİA.az-ın məlumatına görə, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasına əsasən, akkreditasiya edilmiş bütün ali təhsil müəssisələri, ali təhsil proqramları və ali təhsil sahəsində təlim-tərbiyə prosesi ilə məşğul olan və ali təhsil xidmətləri göstərən digər qurumlar, ali təhsil fəaliyyəti və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasiya mərkəzləri, layihə istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri, ali təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar, ali təhsil sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, Rektorlar Şurası və tələbə birlikləri ali təhsil sisteminə daxildir.

Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçilir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələri əmək bazarı və iqtisadiyyatın tələblərinə uyğun səriştəli mütəxəssislərin hazırlanması vasitəsi ilə əmək bazarı və təhsilin növbəti səviyyələri üzrə kadr hazırlığını təmin edir.

Ali təhsil sistemi ömürboyu təhsil strategiyasına uyğun olaraq təhsilin fasiləsizliyi, yaşlıların təhsilini və davamlı əlavə təhsil imkanlarını təmin edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar