“Hərbi əməliyyatların olmaması sülh demək deyil, Azərbaycanla hələ belə bir müqavilə imzalanmayıb”.
Bu sözləri qondarma rejimin “təhlükəsizlik xidməti”nin “direktor müavini” Boris Avaqyan deyib. O, "parlamentdəki" çıxışında növbəti dəfə sərsəm bəyanatla gündəmə gəlib.
“25 ildir bizimlə döyüşməyə hazırlaşan bir düşmənimiz var. Cəmiyyətimizin müəyyən bir hissəsi inanırdı ki, onlarla artıq sülh içərisindəyik və məsələ həll edilib. Ancaq bu gün sülh yoxdur, danışıqların getdiyi düşmən bir dövlətlə üz-üzəyik. Azərbaycanla danışıqlar yalnız məhbusların (terrorçular nəzərdə tutulur. red.) geri qaytarılması barədə üçtərəfli bəyanatın bəndi yerinə yetirilərsə, irəliləyə bilər”,-deyə separatçı əlavə edib.(yeni sabah)
pia.az