Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda hərbçi qıtlığına görə orduda xidmət üçün yaş həddi artırılır

Ermənistan parlamenti “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda qəbul edib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, 103 deputat layihənin lehinə səs verib, 2-si isə bitərəf qalıb.

Dəyişiklik müqavilə əsasında (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) xidmət edən hərbçilərin və zabit heyətinin ordu sıralarında daha çox qalmaları üçün yaş həddinin artırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, sıravi qulluqçular, kiçik və böyük gizirlər üçün yaş həddi 55-ə, kiçik zabitlər üçün 48-52-yə, böyük zabitlər üçün 50-55-ə, polkovniklər üçün 55-58-ə, daha yüksək rütbəli zabitlər üçün 63 yaşa qədər qaldırılacaq.

Dəyişikliklər həm kişi, həm də qadın hərbi qulluqçuları əhatə edir.

Mütəxəssislər hesab edirlər ki, Ermənistan Silahlı Qüvvələrində xidmət etmək istəyən hərbçilərin yaş senzinin artırlması orduda hərbçi çatışmazlığı ilə bağlıdır. Çünki Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edib, şəxsi heyətini sıradan çıxarıb. İtkilərin yerini dolduracaq kadr olmadığı üçün hazırda qulluq edən hərbçilərlə müqavilə müddətini uzatmaq üçün qanuni baza yaradılır.

Eyni zamanda, Qarabağdakı məğlubiyyətdən sonra erməni gənclər orduda xidmət etmək istəmirlər.

Bundan başqa, ölkədə işsizlərin çoxu orduda xidmətə daimi iş yeri kimi baxır. Ancaq 44 günlük müharibədən sonra Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət etmək istəyənlər kəskin azalıb. Qanuna dəyişikliklər həmçinin Ermənistan ordusunda muzdluların xidmət etməsinə də imkan yaradacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar