Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qasım Süleymaninin “sağ əli” yüksək rütbəli general qəflətən öldü

İranın təhlükəsizlik aparatında çox mühüm fiqur hesab olunan yüksək rütbəli general qəfil ölüb.

PİA.az xəbər verir ki, briqada generalı Məhəmməd Hüseynzadə Hicazi İnqilab Keşikçiləri Korpusunun xüsusu təyinatlı “Qüds” qüvvələrinin komandan müavini idi. Onun 65 yaşında “qəfil ürək tutmasından” öldüyü bildirilir, hər hansı digər təfərrüatlar açıqlanmır.

General Hicazi “Qüds” qüvvələrinin İraq, Livan və Suriyadakı əməliyyatlarına rəhbərlik edirdi və 2020-ci ilin yanvarında ABŞ-ın dron zərbələri ilə Bağdad aerportu yaxınlığında öldürülən əfsanəvi general, “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin yaxın silahdaşı, “sağ əli” hesab olunurdu.

1956-cı ildə İsfahanda anadan olan Hicazi 1979-cu il islam inqilabından sonra İnqilab keşikçiləri Korpusuna qoşulub, 10 il ərzində hərbiləşdirilmiş könüllülər dəstəsi olan “Bəsic”ə rəhbərlik edib. Həmin qüvvələr rejimin və İranın siyasi aparatının əsas dayağına çevrilib.

General Hicazi ötən ilin aprelində “Qüds” qüvvələrinin komandan müavini təyin edilmişdi. Bundan əvvəl isə o, İnqilab Keşikçilərinin Livandakı hərbi qüvvələrinə komandirlik edirdi. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar