Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov Britaniyada daha bir şirkətini ləğv edib - Sənəd

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir.

PİAa.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

K.Heydərovun övladları Tale və Nicat Heydərovlara aid 2011-ci ildən fəaliyyət göstərən UEI PROPERTY (UK) LIMITED daşınmaz əmlak şirkətinin ləğv ediləcəyi ilə bağlı Britaniya Şirkətlər Evinə aid rəsmi "First Gazette"də martın 30-da elan verilib. İki ay ərzində şirkətin qeydiyyatdan çıxarılması gözlənilir. Şirkətin ofisi Londonda, Lime Street 52-də yerləşən məşhur The Scalpel biznes mərkəzinin 18-ci mərtəbəsində yerləşirdi. UEI PROPERTY (UK) LIMITED Britaniyanın Virciniya adalarında qeydiyyatda olan UNITED ENTERPRISES INTERNATIONAL LIMITED şirkətinin törəməsidir. 2019-cu il maliyyə sənədlərinə görə bu şirkətin aktivləri 5 milyon funt-sterlinq (11 milyon manat) civarında olub.

Qeyd: Heydərovlara məxsus daha iki şirkət - “Cafe Baku Limited” və "Azerbaijan Juices Limited” şirkətləri də bu ilin əvvəlində ləğv olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar