Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Novaya gazeta” “Rus çekistlərinin” tapdığı Belarus “terrorçular”ını araşdırdı…

“Son aylarda Belarus fəallarının Rusiya Federasiyasına aparılması, tutulması və deportasiyasına artıq öyrəşmişik”.

PİA.az xəbər verir ki, bunu “Novaya gazeta” yazır.

Nəşr daha sonra davam edir: “Təhlükəsizlik güclərimiz və Belarus KGB-si bunu bərabər səylə edir. Başına torba keçir və irəli!

Niyəsi aydındır: müxalifət ortaq düşmənimizdir. Ancaq Yuri Zenkoviç və Alexander Fedutanın hekayəsi bu seriyaya sığmır. Bu açıq şəkildə başqa bir şeydir.

Danışdığım bütün belaruslu həmsöhbətlərim eyni sözü – “təxribat” deyirlər. Və bir neçə qəribəliyə diqqət yetirin. Əsas qəribəlik budur ki, nədənsə onları dəqiq Moskvada götürmək çox vacib idi, baxmayaraq ki, bunu Minskdə və ya Kiyevdə səs-küy olmadan etmək imkanları var idi.

Əslində üç nəfər qaçırılmalı idi. Ən azı.
Başlamaq üçün bunlar aktivist də ola bilərlər. Ümumiyyətlə, kompaniya çox qəribədir.
Amerikalı vəkil Zenkoviç, Belarusiyalıların ABŞ-dan siyasi sığınacaq almasına kömək etmiş və bir şəkildə “Busly” təşkilatı ilə əlaqəli olmuşdur (bu barədə daha çox məlumat aşağıda). Keçən il prezident seçkilərində iştirak etmək istədiyini açıqlamışdı, ancaq oraya qədər heç gedib çatmadı.

Fedutan siyasi strateqdir. Bir vaxtlar Lukashenkanın mətbuat katibi idi və onu hakimiyyətə gətirdiyinə inam isə geniş yayılıb. 2010-cu ildə prezidentliyə namizəd Nyaklyaeu üçün siyasi məsləhətçi idi. Bunun üçün bir- neçə ay “oturdu”.

Dmitri Bolkunets, iqtisadçı, politoloq, Rusiya və Belarusiya münasibətləri üzrə mütəxəssisdir. Mart ayının sonunda Minskdə ona qarşı cinayət işi açıldı və Moskvadan Varşavaya qaçdı. Qaçmasaydı, tutulanların üçüncüsü olardı, baxmayaraq ki, sonra dalınca onu gətrimək üçün xüsusi qrup da göndərilmişdi. Bu məlumatı Belarus Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı İqor Makar təsdiqləyib.

Zenkoviçin sosial şəbəkə səhifəsindəki son yazı “insanların özünümüdafiə dəstələri yaradırıq” olmuşdu. Və bu, “Busly lyatsyats” (“Leyleklər uçur”) gənclər hərəkatının loqosu ilə verilmişdi (hakimiyyətin zorakılığından və repressiyalarından qorunmaq üçün yaradılmış bir təşkilatdır).

Belaruslar bunun içində radikal bir şey görmürlər. Və kimsə, görünür, görür. Zenkoviçin həyat yoldaşı Yelena Denisovets, ərini son görən otel müdiri ilə söhbət edib. Menecerin dediyinə görə, mülki geyimli insanların Yurini necə qandalladığını görüb və dedikləri də yadındadır: “Onu aparırıq, terrorizmdən şübhəlidir.” Yeri gəlmişkən, bu, güllələnmə maddəsidir. Ancaq özünümüdafiədən terrora qədər çox məsafə var.

Bolkunets, bütün bunların “Busls”ı təxribatçı məqsədlər üçün Belarus KQB-si tərəfindən başlalıla biləcəyi qənaətindədir. Müxalifəti radikallarla əlaqələndirmək. Bu və ya digər şəkildə, onları sui-qəsd “hazırlayanlar arasına salmaq” çox asandır”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar