Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kapital Bank”dan şikayət: Vətəndaş 950 manat pulunun karta köçürülmədiyini iddia edir

“Facebook” sosial şəbəkəsində Bəhram Soltanov adlı istifadəçi “Kapital Bank”dan şikayət edib.

Pravda.az-ın xəbərinə görə, B.Soltanov iddia edib ki, bank artıq bir həftədir ki, hesabına göndərilən məbləği karta yükləmir.

O, banka dəfələrlə zəng etdiyini bildirib: “Kod veriblər ki, köçürmə sənədini göndər. Onu da göndərmişəm, amma yenə də öz pulumu ala bilmirəm. 950 manatdır, təcili lazımdır. Düşmüşəm bunların dalınca, süründürməçilikdir. Nə məsləhət görürsünüz? Pulumu bankdan necə ala bilərəm? Problemi həll edim, aldığım 3 illik “Visa kartı” cırıb tullayacağam”.

Şikayətçi bankın əməllərini özbaşınalıq adlandırıb: “Bu, özbaşınalıqdır. Özüm getsəm də, yenə pulu vermirlər, geri də göndərmirlər. Bunların əməlləri konkret olaraq "qanuni qoçuluq"dur. Heç kimdən də çəkinəcəkləri yoxdur”.

Kapital bankın müştəriyə göndərdiyi mesajı təqdim edirik: “Bu nömrə yalnız müraciətinizə əlavə olunacaq qəbzlərin/şəkillərin göndərilməsi üçün nəzərdə tutulub. Əgər qəbzi/şəkili göndərmisinizsə, zəhmət olmazsa, müraciət kodunuzu qeyd edin, əks halda araşdırılması mümkün olmayacaq. Müraciətinizin qeydiyyat günündən Sizinlə 5 iş günü ərzində əlaqə saxlanılaraq araşdırmanın gedişatı/nəticəsi haqda məlumat təqdim olunacaq. Müraciətiniz digər mövzu ilə bağlıdırsa, facebooka http:/www.m.me/kapitalbank və ya 196 Telefon Mərkəzinə müraciət edə bilərsiz”.

Qeyd: Digərləri də eyni problemlə üzləşdiklərini şərh bölməsində qeyd ediblər.

Bankın mövqeyini bir daha dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar