Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədri 3 min manat məbləğində cərimələndi

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə ətraf mühitin mühafizəsinə nəzarət artırılıb.

Belə ki, aprelin 16-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində məişət və digər qarışıq tulantıların qalaqlanması aşkar edilib. Keçirilən müvafiq tədbirlərlə ətraf mühitin mühafizəsinə məsul olan vəzifəli şəxs müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 541-ci (ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə bələdiyyəsinin sədri H.Hüseynov barəsində 3 000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

"Qeyd olunan hallarla bağlı diqqətə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin əməkdaşları hansısa vətəndaşın məsuliyyətə cəlb edilməsində maraqlı deyil. Əsas məqsəd ondan ibarətdir ki, hər bir şəxs üzərinə düşən vəzifədən irəli gələrək hüquq qaydasına əməl etməli, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalı, ictimai qaydanın qorumasına öz töhfəsini verməlidir", - Nazirlikdən bildirilib.

pia.az 


Etiket: Cərimə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar