Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman: "Autizmli uşaqlar üçün ixtisaslaşdırılmış təhsil müəssisələrinin olmaması çətinliklər yaradır"

“Son illər sosial statusundan asılı olmayaraq hər kəs üçün bərabər imkanların yaradılması məqsədilə həyata keçirilən kompleks islahatlar onu deməyə əsas verir ki, cəmiyyət olaraq maariflənmək və inklüzivliyə hazır olmaq ən mühüm tələbdir, sosial sifarişdir”.

PİA.az-ın məlumatına görə, bunu Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 3-cü “Fərdli Fərqlər” onlayn konqresdə çıxış edən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda əlilliyi olan şəxslərin, o cümlədən bu qəbildən olan uşaqların reabilitasiyası ilə bağlı məsələlər daim dövlətin diqqət mərkəzindədir: “Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərən reabilitasiya mərkəzləri yaradılır. Ümid edirik ki, gələcəkdə autizmli uşaqların kompleks şəkildə reabilitasiya proseslərinə cəlb olunması məqsədilə Bakıda bu cür mərkəzlərin sayı arıtırlacaq, eyni zamanda, ən qısa zamanda regionlarda da yaradılması təmin ediləcək".

Ombudsman Səbinə Əliyeva qeyd edib ki, autizm spektr pozuntusu olan uşaqların vaxtında aşkar edilərək kompleks şəkildə reabilitasiyaya və təhsil prosesinə cəlb edilməsini təmin etmək üçün müasir diaqnostika və reabiltasiya inkişaf mərkəzlərinin, ixtisaslaşdırılmış təhsil müəssisələrinin olmaması, peşəkar kadrların, həkim, kliniki psixoloqlar, pedaqoq, sosial işçilərin azlığı ciddi çətinliklər yaradır: "Ona görə də bu cür problemləri olan uşaqlar üçün müasir diaqnostika və reabilitasiya mərkəzlərinin, ixtisaslaşdıırlmış təhsil müəssisələrinin yaradılması olduqca vacibdir. Ombudsman təsisatı olaraq autizmli şəxslərə dövlət qayğısı haqqında xüsusi bir qanunun və müvafiq dğvlət proqramının, habelə digər bu kimi vacib sənədlərin hazırlanaraq qəbul edilməsini məqsədəmüvafiq hesab edirik. Buna görə də autizmli şəxslərə dövlət qayğısının artırılması ilə bağlı hüquqi bazanın formalaşdırılmasına nail olmaq məqsədilə geniş təşviqat işi aparmaq, bu sahədə maarifləndirmə fəaliyyətinin artırılması qarşımızda duran əsas vəzifələrdən biridir”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar