Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2040-cı il: Daha rəqabətcil bir dünya bizi gözləyir

ABŞ Milli Kəşfiyyat Şurasının hesabatına əsasən, iqlim dəyişikliyini idarə etmək üçün texnoloji yeniliklərin artırılması və pandemiya ilə mübarizə cəhdləri ABŞ və Çinin birlikdə yaşamaq və hətta əməkdaşlıq etməsindən asılı olacaq...

Robert Ford
“The Independent” qəzeti, 15 aprel 2021-ci il

ABŞ kəşfiyyat agentlikləri, ümumilikdə son 20 ildə bir çox fəlakətləri proqnozlaşdırmaq qabiliyyətlərini nümayiş etdirdilər. Sözügedən təşkilatlar da bu şəkildə fəlakətlərlə bağlı xəbərdarlıq vermədikləri üçün günahlandırılmaqdan və qınanmaqdan qaçmağın bir yolunu tapırdılar.

Bu çərçivədə 8 aprel tarixində Milli Kəşfiyyat Şurası “2040: Daha rəqabətcil bir dünya” adlı hesabat yayımlayıb. Məruzədə Çinin yüksəlişindən yaranan risklər vurğulanıb, həmçinin iqlim dəyişikliyi və texnologiyanın yayılmasına görə qlobal sabitliyin üzləşdiyi risklər barədə xəbərdarlıq verilib. Hesabat ümumi məlumatlarla yanaşı, həm də kəşfiyyat orqanlarının məlumatlarına əsaslanır və 2040-cı il üçün gələcək ssenariləri araşdırır.

Qeyd etmək lazımdır ki, Milli Kəşfiyyat Şurası 4 ildən bir hesabat dərc edir.

Şuranın 2004-cü ildə yayımladığı bir hesabatda qlobal iqtisadiyyata zərər verəcək bir epidemiyanın proqnozlaşdırıldığını da xatırlamaq lazımdır. Yeni hesabatı internetdən asanlıqla əldə etmək olar. Digər tərəfdən, ənənəvi beynəlxalq təhlükəsizlik məsələlərinə dair hesabatın məzmunu da asanlıqla başa düşülür.

Hazırda Vaşinqtonda yayımlanan bütün digər hesabatlar kimi, bu hesabat da bir tərəfdən ABŞ və müttəfiqləri, digər tərəfdən isə Çinlə olan rəqabətə işıq tutur. Bu yeni hesabata görə, ABŞ və Çinin gələcək qüvvələrinin dərəcəsini anlamaq üçün hərbi və iqtisadi güclərini araşdırmaq kifayət deyil. Pul və məlumat mübadiləsi də daxil olmaqla yeni texnologiyalar, şəbəkələr və mübadilə mərkəzləri inkişaf etdirmək qabiliyyəti, eyni zamanda, məlumatları idarə etmək bacarığı rəqib hökumətlərin gücünü təyin etmək üçün həyati əhəmiyyət daşıyacaq.

Məsələn, Çin 5G şəbəkələrini nəzarətə götürə və rəqib ölkələrə və ya özünə bağlı olan şirkətlərə məlumat göndərməyi dayandıra biləcəkmi?

Hesabatda ABŞ və Çin arasındakı rəqabətin ABŞ və Sovet İttifaqı arasındakı Soyuq Müharibə dövründəki kimi bir qanunauyğunluqla davam etməyəcəyi qeyd edilir.

Bu gün Hindistan, Rusiya, Avropa Birliyi və Yaponiya kimi daha çox ölkə gücə və nüfuza malikdir. Lakin bundan əlavə, İran və Şimali Koreya kimi qlobal sabitliyi pozacaq regional ölkələr də olacaq. Üstəlik, indi fərqli ölkələr arasında daha çox sərbəst ticarət mövcuddur ki, bu da sabitliyi artırır. Ancaq yeni növ koronavirus epidemiyası ticarət və səyahətlərdə məhdudiyyətlərə səbəb oldu. Gələcəkdə də daha çox epidemiyaların olacağı gözlənilir.

Məruzədə istifadəsini qadağan edən beynəlxalq qanunların olmaması səbəbiylə yeni yaranan hərbi texnologiyalar barədə də xəbərdarlıq edilir. Bu baxımdan qeyd etmək lazımdır ki, Birinci Dünya Müharibəsindən sonra böyük dövlətlər birinci 1925-ci ildə, ikinci isə 1993-cü ildə müqavilələr imzalayaraq kimyəvi silahların istifadəsini qadağan etməyi qəbul etmişdilər.

Hesabata görə, bu gün infrastrukturla bağlı yeni iqtisadi hədəflər olsa da, yeni beynəlxalq qanunlar və idarəetmə qaydaları yoxdur. Ölkələr arasında rəqabət artdıqca iqtisadiyyata, sağlamlıq infrastrukturu obyektlərinə və yaxud da peyklərə edilən kiber hücumların qarşısını almaq daha çətin olacaq.

Hesabatın böyük bir hissəsi ətraf mühit və texnologiyadakı son dəyişiklikləri və narahatlıq doğuran uzunmüddətli proqnozları araşdırır. Hesabata görə, dünyada artan istiliklər istisnasız olaraq bütün ölkələrə təsir edəcək. Dəniz səviyyələri qalxdıqca dünyanın az yağış yağan bölgələrində daha çox quraqlıq yaşanacaq. Su və qida çatışmazlığı daha çox miqrasiyaya səbəb olacaq. Əslində, bunu Mərkəzi Amerikada da görə bilərik: ailələr əkinçilik ərazilərindən köç edərək, xarab olan təsərrüfatları geridə qoymaqla ABŞ-a girməyə çalışırlar.

Məruzədə artan temperaturun Kanada kimi az sayda ölkələrdə kənd təsərrüfatına kömək edəcəyi də vurğulanır.

Hesabatda inkişaf etməkdə olan ölkələrin ən çox iqlim dəyişikliyindən və su ehtiyatları üzərindəki rəqabətdən əziyyət çəkəcəyi proqnozlaşdırılır. Efiopiyanın Nahda barajı problemində də gördüyümüz kimi, qarşıdakı 20 il ərzində qarşıdurmaların alovlanması, daha çox qarşıdurmaya və daha çox iğtişaşlara səbəb olacağı proqnozlaşdırılır.

Hesabatda, eyni zamanda, iqtisadiyyat və iqlim problemləri üçün texnologiyanın həm həll yolu, həm də bir problem olduğu qeyd edilir. Çünki internet və sosial şəbəkələr insanları yalnız eyni fikirdə olduqları qruplara qoşulmağa təşviq edir. Beləliklə, fərqli baxışlar arasındakı dialoq azaldıqca ABŞAvropada gördüyümüz kimi, siyasi qütbləşmə və radikallıq artmağa davam edir. Qütbləşmə həm də hökumətlərə olan inamı azaldır.

Üstəlik ABŞ, Avropa, Çin və Yaponiya kimi ölkələr yaşlı vətəndaşlara qayğı göstərmək üçün getdikcə daha çox mənbəyə ehtiyac duyacaq.

Hesabata görə, iqlim dəyişikliyinin iqtisadiyyatlar və ev gəlirləri üzərində yaratdığı risklər siyasi qütbləşməyə və radikallığa, hətta ölkələrin öz içində və aralarında şiddətli qarşıdurmaların baş verməsinə yol aça bilər. Həmçinin, süni intellekt və biotexnologiya kimi yeni texnologiyalar səhiyyə, nəqliyyat, kənd təsərrüfatı və təhsil üçün lazımi mənbələri təmin edə biləcək iqtisadi inkişafı artıra bilər.

Hesabatda uğurlu cəmiyyətlərin və ölkələrin texnologiyanı idarə etmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq prosedurları ətrafında sosial fikir birliyi yarada biləcəyi də qeyd edilir.

Peyvəndlər və peyvənd pasportları ilə bağlı bu gün ABŞ-da davam edən müzakirələr də hesabatda qeyd olunan çətinlikləri ortaya çıxarır. Hesabata görə, iqlim dəyişikliyini idarə etməyə yönəldilmiş texnoloji yeniliklər və epidemiyalarla mübarizə səyləri ABŞ və Çinin birlikdə yaşamasından və hətta, iş birliyi etməsindən asılı olacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar