Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib

Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olubu ki, Milli Məclisin Sədri yaz sessiyasının konstruktiv və məhsuldar keçəcəyinə inamını ifadə edib. Müasir dünyada parlamentlərin və parlament diplomatiyasının böyük rolundan bəhs edən Sahibə Qafarova vurğulayıb ki, MDB Parlamentlərarası Assambleyası parlament əməkdaşlığının inkişafı üçün əlverişli platformadır.

Bu qurum regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsində, digər parlament təşkilatları ilə əlaqələrin qurulmasında əhəmiyyətli rola malikdir. Qeyd olunub ki, dövrümüzün aktual problemlərinə həsr olunmuş forumların təşkilində, MDB-yə üzv dövlətlər arasında əlaqələrin genişlənməsində bu qurum müsbət nəticələr əldə edib. Spiker bu baxımdan təşkilat tərəfindən sülhün və təhlükəsizliyin möhkəmlənməsində qadınların artan rolunu nümayiş etdirən Avrasiya Qadın Forumu kimi əlamətdar təşəbbüsü yüksək dəyərləndirib.

Sahibə Qafarova Beynəlxalq parlamentarizm gününün təsisi barədə BMT Baş Assambleyasının 72-ci sessiyasında MDB PA-nın irəli sürdüyü təşəbbüsün dəstəklənməsinə diqqət çəkərək deyib ki, 2018-ci ildən başlayaraq 30 iyun tarixində Beynəlxalq parlamentarizm gününün qeyd olunması məmnunluq doğurur.

Spiker ümidvar olduğunu bildirib ki, MDB PA çərçivəsində qarşılıqlı əlaqələr hərtərəfli tərəfdaşlığın möhkəmləndirilməsinə və dövlətlərin ali qanunverici orqanları arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək.

Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarova media nümayəndələri üçün mətbuat konfransında iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar