Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlil uşağa yığılan 15minə valideynlər evlərini təmir etdi, 1ay sonra ev də yandı uşaq da

Azərbaycanda valideynlər gözləri görməyən azyaşlı uşaqları üçün verilişdə yığılan 15 min manatı alıb evlərini təmir ediblər.

PİA.az xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişinin aparıcısı Elgiz Əkbər məlumat verib.

O 3 il öncə verilişə müraciət edən ailədən danışıb:

"O zaman mən gənc və çox təcrübəsiz idim. İnsanlara çox inanırdım. Qucaqlarında gözləri görməyən uşaq olan ailə bizə müraciət etdi. Ukraynada bir həkim uşağın əməliyyatını boynuna götürmüşdü. Uşağın analizinin cavabı Ukraynaya göndərilmişdi. Oradakı həkim uşağın gözlərinin açılmasına zəmanət vermişdi. Amma əməliyyat üçün 15 min manat pul lazım idi. Uşaq da dünya gözəli idi. Azərbaycan xalqına qurban olum. Verilişdə 15 min manat toplandı. Mən toplanan pulu anasına verdim ki, aparıb uşağı əməliyyat etdirsinlər.

Aparıcı deyib ki, 1 ay yarım sonra ailənin yalanı üzə çıxıb:

"Ay yarım keçəndən sonra uşaqdan narahat oldum. Çəkiliş qrupunu ailənin evinə göndərdim. Əməkdaşlarımız qonşuların qapısını döyüb, onlardan uşağı soruşublar. Qonşular onların yığılan 15 min manatla evlərini təmir etdiklərini, yeni mebellər aldıqlarını, uşağın isə ortalıqda qaldığını bildiriblər. Bir ay keçmədi həmin ev yanıb kül oldu, uşaq da içərsində həlak oldu. Allah götürmədi bu yalanı. Əgər kimsə edilən yaxşılığa xor baxarsa, cəzasını da çəkəcək".(Azxəbər.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar