Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: "Postmünaqişə mərhələsinə qədəm qoymuşuq"

Azərbaycan otuz ilə yaxındır əsas diqqəti danışıqlara yönəltməklə Ermənistanın beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaldacağına ümid edirdi. Azərbaycan bu münaqişənin artmasına yol verməmək, haqqın səsini beynəlxalq birlik tərəfindən duyulması üçün səy göstərib”.

PİA.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun “TRT Deutsch” tərəfindən dərc olunmuş yazısında bildirilir.

“2020-ci ilin 10 noyabr günü Azərbaycan, Ermənistan, bütün Qafqaz regionu tarixində yeni fəsil başladı. Azərbaycan, ErmənistanRusiya tərəfindən imzalanmış üçtərəfli bəyanat Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır davam edən silahlı münaqişəyə son qoydu. Bu bəyanatın icrası bütün döyüşlərin dayandırılmasına, işğal olunmuş bölgələrin Azərbaycana qaytarılmasına gətirib çıxarıb. Bəyanatda həmçinin məcburi köçkünlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında öz yurdlarına qaytarılmasını nəzərdə tutan mühüm müddəa da var”, - deyə yazıda qeyd olunur.

Müəllifə görə, bu razılaşma regionda yeni reallıq və əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Razılaşmanın icrasına Rusiya və Türkiyənin töhfələri xüsusilə diqqətəlayiqdir. Bu qonşu dövlətlərin mühüm rol oynayaraq zəmanətçi olduqları həmin razılaşmanın yerinə yetirilməsi Cənubi Qafqaz regionunda çoxdandır ehtiyac duyulan sülh və sabitliyi təmin edəcək. Azərbaycan münaqişə bölgələrində olan erməni mənşəli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına yenidən qovuşdurmaq, bütün vətəndaşlarına etnik mənsubiyyəti və dini etiqadına baxmayaraq, eyni hüquq və azadlıqlar təmin etmək əzmindədir. Azərbaycan Respublikasının Konstitusiyası bunun üçün möhkəm hüquqi zəmindir.

Artıq yeni postmünaqişə mərhələsinə, yenidənqurma və bərpa, dinc qonşuluğun bərpası mərhələsinə qədəm qoymuşuq. Bu da inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar