Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimdən xəbərdarlıq: “Uşaqlarda səpkilər və göz qızartıları varsa...” - Video

“Koronavirusa yoluxan uşaqlarda 4-6 həftə sonra MİS-C sindromu yarana bilər”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aytən Ziyadova deyib.

“Uşaqlar koronavirusu daha çox yüngül simptomlarla keçirir, bəzi hallarda isə ağırlaşmalar müşahidə olunur. 14 gün müddətində koronavirusu simptomsuz və ya yüngül simptomlarla keçirən uşaqlarda ola bilər ki, 4-6 həftə sonra MİS-C sindromu yaransın. Bu zaman ürək, ağciyər, böyrək və digər orqanların iltihabı müşahidə olunur. Eyni zamanda beyin qişalarının da iltihabına rast gəlinir. Bu sindromu əvvəllər kavasaki sindromu ilə də qarışdırırdılar”, - deyə o bildirib.

Həkim onu da qeyd edib ki, uşaqlarda müşahidə edilən bəzi kliniki əlamətlərlə onların koronavirus olub-olmamasını müəyyənləşdirmək mümkündür:

“Valideynlər hərarət, burun axıntısı, qripəbənzər əlamətlər olan zaman bəzən düşünürlər ki, bu, qripdir. Əgər uşaqlarda səpkilər, qusma, başağrısı, halsızlıq, düşməyən hərarət, əzələlərdə ağrılar, gözlərdə qızarıqlıq, yuxululuq və ya yuxusuzluq halları varsa, mütləq həkimə müraciət etməlidirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar