Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan azərbaycanlılara kompensasiya ödəyib? - Sabiq nazirdən şərh

Ermənilər iddia edirlər ki, 90-cı illərdə Ermənistandan məcburi köçə məruz qalan  azərbaycanlılara kompensasiya ödəyiblər...

Tofiq Zülfüqarov: “Ermənistandan qaçan azərbaycanlılara Ermənistan dövləti tərəfindən kompensasiya ödənilməsi ilə bağlı işlər görülürdü”.

“Bu məsələnin təfərrüatları yadımda deyil. Amma hər halda Ədliyyə Nazirliyində bu məsələyə aid məlumatlar var”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın azərbaycanlılara kompensasiya ödəmələri ilə bağlı yayılan iddiaları PİA.az-a şərh edərkən qeyd edib.

1989-cu ildə Azərbaycandan köçən ermənilər məhkəməyə müraciət edərək rəsmi Bakıdan kompensasiya tələb etmələri ilə bağlı Ermənistan mətbuatında məlumat yayılıb. Maraqlıdır ki, ermənilər Ermənistandan qaçan azərbaycanlılara Ermənistan dövləti tərəfindən kompensasiya ödənildiyini iddia edirlər.

Ermənistanın azərbaycanlılara kompensasiya ödəmələri ilə bağlı hər hansı bir məlumata
varmı və Ermənistanla Azərbaycan arasında bu mövzunun müzakirəsi ümumiyyətlə olubmu?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq xarici işlər naziri Tofiq Zülfüqarova müraciət edib.

Tofiq Zülfüqarov: “Kompensasiya məsələsi ilə bağlı Çırakov və başqalarının məhkəmədə adı var idi”.

O vaxt Avropa Məhkəməsində kompensasiya işinə baxıldığını vurğulayan sabiq nazir PİA.az-a bildirib ki, Azərbaycanın orada nümayəndəsi var idi və o nümayəndə bu işlərlə məşğul idi:

“Mən bilirəm ki, Ermənistandan qaçan azərbaycanlılara Ermənistan dövləti tərəfindən kompensasiya ödənilməsi ilə bağlı işlər görülürdü. Bu işlə Ədliyyə Nazirliyi məşğul idi və Azərbaycan tərəfindən də iddialar var idi. Kompensasiya məsələsi ilə bağlı Çırakov və başqalarının məhkəmədə adı var idi.

Bu məsələnin təfərrüatları yadımda deyil. Amma hər halda Ədliyyə Nazirliyində bu məsələyə aid məlumatlar var. Bir daha qeyd edim ki, bu işlə birbaşa Ədliyyə Nazirliyi məşğul idi. O vaxt Avropa Məhkəməsində kompensasiya işinə baxılmışdır. Azərbaycanın orada nümayəndəsi var idi və o nümayəndə də bu işlərlə məşğul idi”.

Nərminə UMUDLU
pia.az


Etiket: Kompensasiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar