Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metyu Brayza: ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın da daxil olduğu beynəlxalq nümayəndə heyəti bir gün əvvəl Azərbaycanın azad edilmiş ərazilərini ziyarət edib. ADA Universitetinin təşkil etdiyi səfər zamanı diplomat Azərbaycanın Ağdam rayonunda olub.

Metyu Brayza Caliber.Az-a verdiyi müsahibədə azad olunmuş ərazilərə səfər təəssüratlarını bölüşüb və ATƏT-in Minsk Qrupunun fəallaşmasını qiymətləndirib:

“Bəli, bu yaxınlarda Ağdamda oldum. Bir vaxtlar çiçəklənən gözəl şəhərin məhvinin miqyası məni heyrətləndirdi. Və bu hansısa döyüş əməliyyatları zamanı baş verməyib. Müharibə bitdikdən sonra (Birinci Qarabağ - red.) Ağdamı işğal edən erməni tərəfi şəhəri sadəcə olaraq məhv etməyə qərar verdi. Bu bir növ məhvin barbarcasına təşkili, əmlakın, evlərin qarəti idi”.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin son açıqlamasına (hansı ki, yeni məzmun yox idi) toxunan həmsöhbətimiz mətndə lazımi təfərrüatların və ya hər hansı bir əhəmiyyətli mənanın olmadığını qəbul edib.

“Düşünürəm ki, onların sadəcə hazırda şərh edəcək heç bir məqam yoxdur. ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Qarabağ münaqişəsi artıq həll edilib. Minsk Qrupu münaqişəyə həll yolu tapmaq üçün yaradılmışdı. Həll tapılıb və bu səbəbdən Minsk Qrupunun hələ heç bir işi yoxdur. Prezident İlham Əliyev həmsədrləri münaqişədən sonrakı yeni vəziyyətdə hansı faydalı iş görə biləcəklərini düşünməyə dəvət etdi”, - deyə müsahib bildirib.

Metyu Brayza qeyd edib ki, erməni tərəfi, əlbəttə ki, münaqişənin hələ həll olunmadığını göstərmək istəyir:

“Onlar bəzi hüquqi məsələləri, Qarabağın mümkün “statusunu” (dırnaq işarəsi bizimdir – red.) müzakirə etmək şansının olduğunu düşünürlər. Mən bunun mümkün olacağına əmin deyiləm. Beləliklə, Minsk Qrupunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası kimi başqa işlərlə məşğul olması gərəkdir. Ancaq həmsədrlər hələ nə edəcəyini bilmədikləri üçün mənasız açıqlamalar yayımlayırlar. Qeyd etmək istərdim ki, bir vaxtlar ATƏT-in Minsk Qrupunun işində iştirak etdiyim zaman açıqlamalara çox detallar qoyurduq, nəsə baş verirdi, bir irəliləyişə yaxınlaşırdıq və müvafiq şəkildə ölkələri istiqamətləndirməyə çalışırdıq”.

- ATƏT-in Minsk qrupunun, məsələn, Fransanın mövqeyini nəzərə almaqla obyektivliyi barədə nə düşünürsünüz?

- Düşünürəm ki, Fransanın mövqeyi ATƏT-in Minsk Qrupunu obyektiv bir struktur kimi qəbul etməyə imkan vermir. Fransa Xarici İşlər naziri Le Drianın Qarabağın statusunun danışıqlar mövzusu olması barədə açıqlamasını xatırlayın. O, bunu 10 Noyabrı Bəyanatından dərhal sonra söylədi. Beləliklə, ya Fransa yenidən necə obyektiv görünə biləcəyini düşünməlidir (hansı ki, demək olar ki, qeyri-mümkün olduğunu düşünürəm), ya da bəli, digər ölkələr də danışıqlar qrupuna əlavə edilməlidir. Ermənistanın Türkiyəni də daxil etməyə razı olacağını düşünmürəm, amma Azərbaycan açıq şəkildə Fransanı Qrupda görmək istəmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar