Sərbəst güləş üzrə Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ikinci dəfə ata olub.
Oxu.Az-ın xəbərinə görə, onun bu gün qızı dünyaya gəlib.
Uşağa Əsma adı qoyulub.
Qeyd edək ki, altı gün sonra yubileyini - 30 yaşını qeyd edəcək Hacı Əliyevin ilk övladının adı Aişədir.
pia.az