Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır

"Ermənistan XİN-in nümayiş etdirdiyi yanaşma heç bir təəccüb doğurmur, çünki bu əsassız iddialar ənənəvi olaraq rəsmi Yerevan tərəfindən səsləndirilir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, eşitdiklərini fərqli şəkildə yozmaqla məşğuldur".

Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Prezidentinin fikirlərinə şərhi ilə bağlı suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan, Azərbaycan rəsmiləri tərəfindən səsləndirilən fikirlərdə də bu kimi məqamlar axtarmağa çalışır: "Məlum olduğu kimi, məhz Ermənistan beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşı çıxış edərək uzun illər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib. Əksinə, Azərbaycan beynəlxalq hüququn sözügedən prinsipləri əsasında ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və hər zaman bu mövqedən çıxış edib. Tarixi özlərinin güclü tərəfi kimi qələmə verməyə çalışan Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır. Elə bu səbəbdən də illərdir ki, erməni xalqını bu yalanla və miflərin girovuna çeviriblər. Rəsmi Yerevan bu həqiqəti nə qədər tez anlayarsa, erməni xalqı bir o qədər tez bölgədə dayanıqlı sülh və təhlükəsizlikdən faydalana bilər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar