Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TBMM-in komissiyası hesabat qəbul edib: Ermənistan müharibə cinayəti törədib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqlarını Araşdırma Komissiyasının iclası keçirilib.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, AKP Bursa millət vəkili Hakan Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasda Komissiyanın 44 günlük Vətən müharibəsində Ermənistanın insan haqları pozuntularını əks etdirən hesabatı müzakirə edilib.

Bildirilib ki, Ermənistan ordusunun Azərbaycanın Gəncə, TərtərBərdə şəhərlərinə hücumları nəticəsində həyatını itirən mülki şəxslərin yaxınları ilə görüşlər keçirilib və səlahiyyətli şəxslərdən məlumatlar toplanıb: “İkinci Qarabağ müharibəsində Ermənistan ordusu beynəlxalq insan hüququ normalarını sistemli şəkildə tapdalayıb, fosforlu mərmilər kimi qadağan olunmuş silahlardan istifadə edib, qəsdən yaşayış məntəqələrini, qəbiristanlıqları, məktəbləri, səhiyyə müəssisələrini, mədəni abidələri atəşə tutub”.

Qeyd olunub ki, Ermənistan müharibə cinayəti törədib.

Vurğulanıb ki, 44 günlük savaş Türkiyədə yaşayan erməni əsilli vətəndaşlarda narahatlıq yaradıb, erməni ictimaiyyətinə qarşı heç bir təzyiq qeydə alınmayıb. Bəzi media qurumlarının törətdiyi təxribatların qarşısı alınıb və Türkiyə hökumətinin erməni əsilli vətəndaşların təhlükəsizliyi istiqamətində gördüyü tədbirlər məmnuniyyətlə qarşılanıb.

Müzakirələrdən sonra komissiya hesabatı təsdiqləyərək qəbul edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar