Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN həmsədrlərin bəyanatına münasibət bildirib

"Həmsədrlərin öz bəyanatında Azərbaycan, RusiyaErmənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının icrası istiqamətində tərəqqini alqışlaması müsbət qiymətləndirilməlidir. Eyni zamanda qeyd etməliyik ki, həmsədlərin bəyanatının əksər hissəsi yeni post-münaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir və elementlərə həsr olunub".

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin 13 aprel 2021-ci il tarixli bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində yaranmış reallıqda Azərbaycan tərəfinin mövqeyi bəllidir: "Bizim prioritetlərimiz sırasına 30 il ərzində davam etmiş münaqişənin təsirinə məruz qalmış ərazilərimizin bərpası, yenidən qurulması və yenidən inteqrasiyası, bu proses nəticəsində və münaqişənin təsirinə məruz qalmış bütün ərazilərində bərpa ediləcək Azərbaycan Respublikasının konstitusion qaydası çərçivəsində həmin ərazilərdə məskunlaşmış bütün, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının etnik və dini və ya digər hər hansı mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqluluğunun təmin edilməsi daxildir. Eyni zamanda münaqişənin həlli Azərbaycanla Ermənistan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında normal əlaqələrin qurulması üçün perspektiv yaradır. Ümid edirik ki, həmsədrlər Azərbaycan Respublikası Prezidentinin çağırışına uyğun olaraq özlərinin yaranmış yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində mümkün rollarına dair təkliflərini müəyyən edəcək və təqdim edəcəklər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar