NATO-dan sonra Avropa İttifaqı (Aİ) da ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləyən bəyanat yayıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin adından yayılan bəyanatda Aİ-nin Rusiyanın ünvanına ittihamlarla bağlı ABŞ-la həmrəy olduğu açıqlanıb.
“Aİ və üzv dövlətlər kiber məkandakı zərərli hərəkətlərin nəticələri, xüsusi ilə də Rusiya tərəfindən həyata keçirilmiş “SolarWinds” əməliyyatının nəticələri ilə əlaqədar olaraq ABŞ-la həmrəylik nümayiş etdirir”, - deyə bəyanatda vurğulanıb.
pia.az