Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden bir ay əvvəl “qatil” dediyi Putinlə görüşmək istəyir... - Bu görüşü hansı zərurət qaçınılmaz edir?

İki ölkə arasındakı geosiyasi yanaşmaların tamamilə fərqli olduğu indiki zamanda ziddiyyətlərin qarşılıqlı güzəştlərlə həlli üçün hansısa imkanlar görünürmü?..

Politoloq: “Putin kimi şizofreniyaya meyilli adamla kəllə-kəlləyə gəlmək mütləq qanlı müharibəyə getmək demək idi”.

ABŞ prezidenti Co Bayden prezidentliyə başlayan ilk günlərdən Rusiyaya qaşı  qırmızı cizgiləri həddindən artıq keçdi”.

Bu sözləri politoloq Qabil Hüseynli ABŞ prezidenti Co Baydenin Rusiya həmkarı ilə görüşmək niyyətini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə zəng edərək üçüncü dövlətlərdən birində görüşmək istədiyini bildirib. ABŞ dövlət katibi Entoni Blinken isə deyib ki, prezident Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə qarşıdakı həftələrdə görüşməyi təklif edib.

Ağ Ev öz növbəsində bildirib ki, tədbir ən yaxın bir neçə ayda keçirilə bilər.

Kremlin sözçüsü Dmitri Peskov da görüş barədə danışıb. O deyib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün zirvə görüşü Vaşinqtonun atacağı addımlardan asılıdır.

Qeyd edək ki, Finlandiya, Avstriya və İslandiya Putin-Bayden görüşünə ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıblar. 

Ağ Evdən isti mesajlar gəlməsinə baxmayaraq ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə davam edir. Bu gün yayılan məlumatlarda bildirilir ki, ABŞ daha 10 Rusiya diplomatını persona non-qrata elan edəcək. Həmçinin Birləşmiş Ştatların Maliyyə Nazirliyi Rusiyanın dövlət borcuna da sanksiya tətbiq edib. Daha əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Visa və MasterCard kimi beynəlxalq ödəmə sistemindən istifadəsinin məhdudlaşdırıla biləcəyini bildirmişdi.

Məlumdur ki, Moskva və Vaşinqton arasında dialoq təşəbbüsü yeni model deyil. Bir müddət əvvəl Bayden “qatil” adlandırdırdı və bundan sonra Ukrayna ətrafında artan gərginlik müşaiyət olundu.

Bəs ABŞ-Rusiya münasibətləri hərblə sülh arasında nə qədər mövcud ola bilər və Bayden üçün bu görüş hansı zəruri səbəbdən ortaya çıxdı? Ümumiyyətlə iki ölkə arasındakı geosiyasi yanaşmaların tamamilə fərqli olduğu indiki zamanda ziddiyyətlərin qarşılıqlı güzəştlərlə həlli üçün hansısa imkanlar görünürmü?

Mövzunui PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Kifayət qədər yaşlı olan ABŞ prezidenti Co Bayden bəzən əsəblərini cilovlaya bilməyərək bir sıra yersiz fikirlər səsləndirdi”.

ABŞ-ın Rusiya ilə bəzi məsələləri danışıqlar yolu ilə həll etmək istədiyini düşünən politoloq PİA.az-a bildirib ki, ilk növbədə ABŞ Ukrayna məsələsinin həllinə nail olmağa çalışır. Ukrayna məsələsinin danışıqlar yolu ilə həlli isə mümkünsüzdür:

ABŞ prezidenti Co Bayden prezidentliyə başlayan ilk günlərdən Rusiyaya qaşı  qırmızı cizgiləri həddindən artıq keçdi. Bayden bütün dünyaya və böyük güclərə qarşı qorxu taktikasını yeritməyə başladı. O bu taktikanl ilk növbədə Rusiyaya qarşı işlətdi. Amma sonradan Bayden və administrasiyası ölçüb-biçdi və aydın oldu ki, bu cür siyasətlə dünyanı nüvə fəlakətinə aparmaq olar.

Buna görə də ABŞ Rusiya ilə bəzi məsələləri danışıqlar yolu ilə həll etmək istəyir. İlk növbədə ABŞ Ukrayna məsələsinin həllinə nail olmağa çalışır. Ukrayna məsələsinin danışıqlar yolu ilə həlli isə mümkünsüzdür.

Qabil Hüseynli: “Hadisələrin gedişindən görünür ki, indi həmin fikirləri dediyinə görə Bayden peşmançılıq çəkir”.

Kifayət qədər yaşlı olan ABŞ prezidenti Co Bayden bəzən əsəblərini cilovlaya bilməyərək bir sıra yersiz, diplomatik normalara sığmayan fikirlər səsləndirdi. Hadisələrin gedişindən görünür ki, indi həmin fikirləri dediyinə görə Bayden peşmançılıq çəkir.

ABŞ prezidentinin Rusiya prezidenti ilə görüşmək zərurəti ondan yarandı ki, iki nüvə ölkəsinin qarşı-qarşıya gəlməsi dünya fəlakəti olar. Xüsusilə də Putin kimi şizofreniyaya meyilli adamla kəllə-kəlləyə gəlmək mütləq qanlı müharibəyə getmək demək idi. Buna görə də ABŞ başda taktikanı seçdi. Görək seçilən taktika nə dərəcədə uğurlu olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Bayden-Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar