Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti: "Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

"Bu gün danışıqlar davam etdi. Biz xarici işlər nazirlərinin, habelə nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə ətraflı söhbət apardıq. Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb. Bu münasibətlərin çox yaxşı tarixi var. Biz qarşılıqlı əlaqələrimizin bütün dövründə həmişə münasibətlərimizin inkişafı ilə bağlı məsələləri həll etmişik".

PİA.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

Azərbaycan Prezidenti bildirib:

"Bizim aramızda heç vaxt həll edilməmiş və ya hansısa operativ müdaxilə tələb edən məsələlər olmayıb. Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik, icraçılara konkret tapşırıqlar vermişik və qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına nəzarət etmişik. Bundan ötrü müntəzəm görüşlər keçirmişik və keçiririk. Mən dəfələrlə Belarusa, Aleksandr Qriqoryeviç isə Azərbaycana səfər edib. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və yenə də belə olacaq. Pandemiya ilə əlaqədar bir qədər fasilə yaranıb, lakin vəziyyət imkan verən kimi biz Aleksandr Qriqoryeviçi salamlamağa çox şadıq və Azərbaycana səfər etməsi barədə dəvətimizi qəbul etdiyi üçün ona təşəkkürümü bildirmək istərdim".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar