Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gizlin toy edənlərin yerini polisə kim xəbər edir? – DİN rəsmisi açıqladı

"Pandemiya şəraitində qadağa və normaların həyata keçirilməsi üçün əsas tələb odur ki, hər bir vətəndaş özünü qorumalıdır. Dövlət müəyyən mənada karantin qaydalarında yumşalmalara getdi və bir çox sahələr yenidən fəaliyyətinə başladı. Kafe və restoranlar, ictimai iaşə obyektləri açılandan sonra isə insanların sui-istifadə halları müşahidə edildi. Və vətəndaş, sahibkarlıq subyektinin rəhbəri dövlətin yaratdığı bu imtiyazdan öz şəxsi maraqları üçün istifadə etməyə başladı. Nəticədə də yoluxma sayı artdı və bu özünü statistika da göstərdi".

Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında deyib.

E.Hacıyev "karantin qaydalarını pozan toy mərasimləri necə aşkarlanır" sualına cavab verərkən bildirib ki, bununla bağlı qaynar xəttə çox saylı anonim zənglər daxil olur:

"Anonim zənglərdən əlavə, sosial şəbəkələrdə olan informasiyalar yoxlanılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Belə bir prinsipimiz yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu icra edirik.

Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi isə özünün bundan məlumatlı olmasıdır. Həmin şəxs onu izləyən cihazı evdə qoyur və evdəyəm görüntüsü yaradır. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir".(yeniavaz)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar