Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan ilk dəfə etiraf etdi: “Oktyabrın ikinci yarısında ağır güzəştlərə getmək qərarına gəldim”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Qarabağda şiddətli döyüşlərin getdiyi zaman, xüsusilə Təhlükəsizlik Şurasının 19 oktyabr iclası və bundan sonra baş tutmuş Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı aparılan müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Onun sözlərinə görə, artıq oktyabrın ikinci yarısında vəziyyəti təhlil edərək ağır güzəştlərə gedilməsi yolu ilə də olsa döyüşlərin dayandırılması qərarına gəlib.

“Bu məqsədlə Təhlükəsizlik Şurasının iclasını çağırdım. İclasda həmçinin müxalifət nümayəndələri də iştirak etdi. Mən onları məsuliyyəti bölüşmək üçün deyil, məlumatlandırmaq üçün dəvət etdim”, - deyə N.Paşinyan bildirib.

Sözügedən iclasda həmçinin Ermənistan prezidenti və ölkənin katolikosu da iştirak edib.

Nikol Paşinyan iclasdan sonra Rusiya prezidentinə zəng edərək Ermənistanın keçmişdə vasitəçilər tərəfindən dəfələrlə təklif olunan 5+2 formulu əsasında ətraf rayonların Azərbaycana qaytarılması şərti ilə barışıq istədiyini bildirib.

“Biz Rusiya prezidenti ilə vəziyyəti ətraflı müzakirə etdik və bir-birimizi tam anladıq. Bilirsiniz ki, orada azərbaycanlı qaçqınlarla bağlı məsələ var idi. Dedim ki, bu məsələ bir şəkildə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi ilə əlaqəlidirsə, bu mövzuda heç bir prinsipial etirazımız yoxdur”, - deyə N.Paşinyan qeyd edib.

Nikol Paşinyanın sözlərinə görə, bundan sonra Rusiya prezidenti azərbaycanlı həmkarı ilə telefon danışığı aparıb. Telefon danışığının nəticəsində Bakının erməni tərəfinin Hadrutu qaytarmaq tələbini qəti şəkildə rədd etdiyi, həmçinin qaçqınların, o cümlədən Şuşaya da qayıtmasından asılı olmayaraq, Qarabağın statusu məsələsinin qaçqınlar mövzusu ilə əlaqələndirilməməli olmasında təkid etdiyi aydın olub.

Bundan əlavə rəsmi Bakı 5+2 formulu ilə deyil, yeddi rayonun eyni vaxtda qaytarılmasını tələb edib. N.Paşinyan müzakirələrlə bağlı bu detalları ilk dəfə açıqladığını qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar