Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan parlamentinin 5 deputatı hakim partiyadan istefa verib

Gürcüstan parlamentinin deputatları - Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya və Mixeil Dauşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından istefa veriblər.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu G.Xocevanişvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 5 nəfər bu gündən müstəqil deputat kimi fəaliyyət göstərəcək və keçmiş baş nazir Giorgi Qaxariyanın komandasına qoşulacaq.

Yayılan məlumatlara əsasən, G.Qaxariya partiya yaratmağı planlaşdırır.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. 46 yaşlı siyasətçi hökumət başçısı vəzifəsindən istefa verməklə yanaşı hakim partiyanın sıralarını da tərk edib. O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar