Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağcabədidə Milli Qəhrəmanın anım mərasimi keçirilib

Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşa şəhərini düşməndən qoruyarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun anım günüdür.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, bu münasibətlə Ağcabədi Rayon Polis Şöbəsinin şəxsi heyəti Sadıq Hüseynovun adını daşıyan Xocavənd kənd tam orta məktəbində olub, qəhrəmanın büstü önünə gül-çiçək dəstələri qoyub.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, S.Hüseynov 1989-cu ildə polis əməkdaşı kimi xidmətə başlayıb. Şuşa şəhərində sahə müvəkkili vəzifəsində çalışıb. Şuşa uğrunda gedən döyüşlərdə digər silahdaşları kimi şəhərin müdafiəsində dayanıb. Bir neçə dəfə yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməyib, 1992-ci il aprelin 13-də gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar