Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici diplomatların ölkəmizdə tanınmamasında hansı ədalətsizliklər var?

Diplomlarının tanınmaması üçün mənfi cavab verilən tələbələrə qarşı haqsızlıq ola bilərmi?..

Təhsil eksperti: “Diplomların tanınmasında Keyfiyyət Təminatı Agentliyi süni maneələr yaradır”.

“Dövlət xətti ilə xaricə gedən tələbələrin diplomlarının tanınması ilə bağlı hər hansı bir problem yaşanmasa da, öz hesabına, yaxud da müxtəlif şirkətlərə müraciət edərək xaricdə təhsil alan tələbələrin diplomlarının ölkəmizdə tanınması ilə bağlı problemlər var”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi xaricdə təhsil alan tələbələrinin diplomlarının ölkəmizdə tanınması ilə bağlı yaranan problemləri PİA.az-a şərh edərkən qeyd edib.

Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Belə ki, ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub. Onlardan 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciətinə isə mənfi cavab verilib.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin müraciəti mənfi cavablandırılıb.

Məlumdur ki, xarici ölkədə təhsil alan tələbələrin 90 faizin adı pul ilə oradakı universitetə yazılır və imtahanları da pulla verirlər. Bəs indi müsbət cavab verilən diplomların tanınması ədalətlidir? Yaxud da mənfi cavab verilən tələbələrə qarşı haqsızlıq ola bilərmi?

Xarici diplomatların ölkəmizdə tanınmasını PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Əgər tələbələrimiz xaricdə təhsil almaq istəyirsə, ilk növbədə təhsil alacağı ölkənin hansı universitetlərinin diplomlarının ölkəmizdə tanınması ilə bağlı araşdırma aparmalıdır”.

Ölkəmizdə xaricdə təhsil almaq adı ilə vətəndaşları aldadan şirkətlərin olduğunu nəzərə çatdıran ekspert PİA.az-a bildirib ki, vətəndaşlar bu şirkətlərlə yox, konkret qeydiyyatları olan şirkətlərə müraciət etməlidirlər. Belə olan halda onların təhsilində problem olmayacaq və onlar gələcəkdə əmək bazarında fəaliyyətə başlaya biləcəklər:

“Ölkəmizdən xaricə üz tutan tələbələrdə hər il artım müşahidə edirik. Dövlət xətti ilə xaricə gedən tələbələrin diplomlarının tanınması ilə bağlı hər hansı bir problem yaşanmasa da, öz hesabına, yaxud da müxtəlif şirkətlərə müraciət edərək xaricdə təhsil alan tələbələrin diplomlarının ölkəmizdə tanınması ilə bağlı problemlər var. Onların diplomlarının tanınmasında Keyfiyyət Təminatı Agentliyi süni maneələr yaradır. Maneələr əsasən bu hallarda yaradılır:

1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasını elan edən zaman oraya gələn tələbələrin xarici pasportunda ölkəyə giriş-çıxışları qaydasında olmur. Buna görə də Agentlik həmin tələbənin keyfiyyətli təhsil almasını əsas götürür.

2. Əgər tələbə Almaniyada təhsil alıbsa, onun alman dili biliyi ilə sorğu-sual olunur. Tələbə suallara cavab verə bilmədiyi zaman diplomun tanınması ilə bağlı problem yaranır.

Amma əgər tələbə məsələn İngiltərədə oxuyubsa və ingilis dillərini mükəmməl şəkildə bilirsə, eyni zamanda ölkədən çıxış-giriş müddəti təhsil aldığı zamanlara üst-üstə düşürsə, həmçinin də həmin tələbənin ixtisaslar bağlı suallara cavabı yaxşı olursa, o zaman onun diplomu tanınır. Təəssüf ki, bütün bu göstəricilərə cavab verməyən tələbələrin diplomlarının tanınmasında problemlər yaranır. Belə olan halda da həm vətəndaşlar, həm də Təhsil Nazirliyi tərəfindən narazılıqlar yaranır.

Elçin Əfəndi: “Yaxşı olar ki, tələbələr dövlət xətti ilə xaricdə təhsil almağa üstünlük versinlər”.

Bu problemdən çıxış yolu var. Əgər tələbələrimiz xaricdə təhsil almaq istəyirsə, ilk növbədə təhsil alacağı ölkənin hansı universitetlərinin diplomlarının ölkəmizdə tanınması ilə bağlı araşdırma aparmalıdır. Həmçinin də ölkədən xaricə tələbə göndərən mütəxəssislərdən məsləhət almalıdırlar. Yaxşı olar ki, tələbələr dövlət xətti ilə xaricdə təhsil almağa üstünlük versinlər.

Onu da qeyd edim ki, ölkəmizdə xaricdə təhsil almaq adı ilə vətəndaşları aldadan şirkətlər var. Vətəndaşlar bu şirkətlərlə yox, konkret qeydiyyatları olan şirkətlərə müraciət etməlidirlər. Belə olan halda onların təhsilində problem olmayacaq və onlar gələcəkdə əmək bazarında fəaliyyətə başlaya biləcəklər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar