Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin “İsgəndər-M” raketlərindən danışması nədən xəbər verir?

İlham Əliyev “İsgəndər M” raketləri məsələsinə yenidən qayıtdı...

Hərbi ekspert: “Bu beynəlxalq konvensiyaların tələblərini pozmaqla bərabər, həm də Ermənistan ərazisindən Azərbaycana qarşı təcavüz olunduğunu sübut edir”.

Azərbaycan bu raketin kim tərəfindən, hansı yollarla Ermənistana verilməsinin və kim tərəfindən onun Azərbaycan tərəfinə atılmasına əmr verildiyini konkret olaraq bilmək istəyir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev prezident İlham Əliyevin dünən “İsgəndər M” raketlərindən danışmasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən çıxışı zamanı deyib ki, Şuşanı “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi”.

Prezident Hərbi Qənimətlər Parkındakı “İsgəndər-M” raketlərinin qalıqlarını nəzərdə tutaraq deyib ki, artıq Azərbaycanın əlində əyani sübutlar var .

“Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün”.

İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu Şuşanı azad edəndən sonra Ermənistan “İskəndər-M” rakatelərindən istifadə edərək, Şuşanı dağıtmağa çalışıb.

“Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik”, - Prezident deyib.

Bəzi ekspertlər isə deyirdilər ki, Azərbaycanın İsgəndər söhbətini bağlaması üçün Rusiya tərəfindən təzyiq edilir. İndi prezident tərəfindən “İsgəndər M” raketlərinə yenidən qayıdılması və rəsmi cavabın gözlənilməsinin deyilməsi nəyə işarədir?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Prezident tərəfindən “İsgəndər M” raketləri məsələsinin səsləndirilməsi Rusiyanı bu məsələdə daha ciddi olmağa vadar edəcək”.

Rusiyanın belə bir məsələyə sənsiz qalmasının mümkün olmadığını düşünən ekspert PİA.az-a bildirib ki, Moskva bu məsələyə sakit qalarsa, bu ölkələrimiz arasında olan ikitərəfli münasibətlərə mənfi təsir edər:

“Burada təzyiq Azərbaycan tərəfindəndir. Jurnalistlər tərəfindən Rusiyaya verilən sual hələ də cavablandırılmadığı üçün, artıq bu tələb Azərbaycan prezidenti tərəfindən rəsmi olaraq səsləndirilir. Rusiyanın belə bir məsələyə sənsiz qalması mümkün deyil. Çünki Rusiya bu məsələyə sakit qalarsa, bu ölkələrimiz arasında olan ikitərəfli münasibətlərə mənfi təsir edər.

Azərbaycan bu raketin kim tərəfindən, hansı yollarla Ermənistana verilməsinin və kim tərəfindən onun Azərbaycan tərəfinə atılmasına əmr verildiyini konkret olaraq bilmək istəyir. Prezident tərəfindən “İsgəndər M” raketləri məsələsinin səsləndirilməsi Rusiyanı bu məsələdə daha ciddi olmağa vadar edəcək. Çünki İsgəndərin atılması Qarabağ ərazisindən baş verməyib. Bu Qarabağdan kənarda baş verib.

Bu da beynəlxalq konvensiyaların tələblərini pozmaqla bərabər, həm də Ermənistan ərazisindən Azərbaycana qarşı təcavüz olunduğunu sübut edir. Yəni “İsgəndər M” raketlərindən istifadə Ermənistanın KTMT üzvü olaraq Azərbaycana qarşı müharibə cəhdi kimi dəyərləndiriləcək. Bu da gələcək araşdırmalarda kompensasiyaların ödənilməsində, Ermənistanın gələcək həyat və fəaliyyətində Azərbaycana ciddi üstünlük verəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar